• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni hekayə müsabiqəsi keçirilir!

Yeni hekayə müsabiqəsi keçirilir!
13.06.2014 20:38
Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinə start verilib.
 
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, yarışma Azərbaycan, Balkanlar, Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Xakasiya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Cümhuriyyəti daxil olmaqla, 20-dən artıq ölkəni əhatə edəcək: "III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsi türk dillərindən birini bilən və yarışmaya qatılmaq istəyən hər kəs üçün açıqdır. Yazarlar hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, yazı zamanı istifadə etdikləri türkcəyə uyğun münsiflər heyətinə müraciət edə bilərlər. Müsabiqə 2 turdan ibarətdir. I tur ayrı-ayrı ölkələrdə keçirilir. Ölkələr üzrə mükafatlandırılma üç yerdən ibarətdir. Ölkələrdən birinci yer tutanların əsərləri Türkiyə türkcəsinə çevrilərək, Türkiyə türkcəsini bilmək şərtilə ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim ediləcək. Ölkələrdə əsərlər sentyabrın 30-dək təqdim edilə bilər, ölkələr üzrə qaliblərin adları noyabrın 1-də açıqlanacaq. Ölkələrarası mükafatların təqdimatı dekabrda Bakı olacaq”.
 
İştirakçılar müsabiqə üçün əsərlərini "525-ci qəzet”in redaksiyasına təqdim edə bilərlər. 
 
Yarışmaya ən çox iki hekayə təqdim etmək olar və təqdim ediləcək hekayələrin ən azı on min, ən çoxu otuz min işarə həcmində olması şərtdir.
 
Ölkələr üzrə birinci yer üçün 1000 TL, ikinci yer üçün 750 TL, üçüncü yer üçün 500 TL məbləğində mükafat nəzərdə tutulub. Beynəlxalq mükafatlar isə məbləği isə ilk yerin sahibi üçün 10 000 TL, sonrakı yerlər üçün müvafiq olaraq 7500 TL və 5000 TL təşkil edir. Beynəlxalq həvəsləndirici mükafatın məbləği isə 2500 TL-dir.
 
Müsabiqə Türkiyə Cümhuriyyəti Bakanlık Tanıtma Fondunun dəstəyi ilə həyata keçirilir.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol