• $
  • €
  • ₽
  • ₺
  • £

Anar namizəd olacaq – “Hazıram”

Anar namizəd olacaq – “Hazıram”
13.06.2014 12:47
Yazıçı Anar Azərbaycan Yazıçılar Birliyinin sədri postunda qalmaq niyyətini açıqlayıb. 
ANN.Az xəbər verir ki, Anar bunu “525-ci qəzet”in 13 iyun sayında dərc etdirdiyi yazısında elan edib. “XII qurultayımız” adlı yazısında Anar bildirib: “Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün qərarımı qurultay ərəfəsində verəcəm, deyirdim.  İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram”.
İyunun 17-si Bakıda, Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçiriləcək. Qurultayda sədr seçkisi də olacaq. Yazıçı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar İttifaqının sədridir.
“Media forum” saytı bildirir ki, Azərbaycan Yazıçılar İttifaqı 80 il əvvəl – 1934-cü il iyunun 13-də Bakıda yaradılıb. Quruma müxtəlif illərdə Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı rəhbərlik edib.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol