• $
  • €
  • ₽
  • ₺
  • £

Hip-hop Azərbaycanda qalmaqal doğurdu - AÇIQLAMA

Hip-hop Azərbaycanda qalmaqal doğurdu - AÇIQLAMA
12.06.2014 13:51

Azərbaycanın Müasir və Sosial rəqs Assosiasiyasının prezidenti, hip-hop üslubunda rəqs qrupunun rəhbəri Əziz Əzizov rəqs yarışmasının nəticələrinin onlar tərəfindən saxtalaşdırılması ittihamlarından o qədər pəjmürdə olmuşdur ki, Assosiasiyanın prezidenti postunu tərk etmək niyyətinə düşmüşdür.ANN.Az-la söhbətdə Əziz Əzizov öz hiddətinin səbəbini izah etdi."İndi Azərbaycanda hip-hop rəqsləri həftəsi keçirilir. 7 iyunda komanda yarışı keçirildi, 8-11 iyunda master-klasslar keçirildi, 12 iyunda Caz mərkəzində isə solo yarış olacaq, burada Azərbaycanın 9 ən yaxşı rəqqas-solisti aşkar ediləcək. Qaliblər Azərbaycanı Qafqaz kubokunda, Batumidə təmsil edəcək. Orada həftəlik final 20-si və ya 21-i iyulda başlayacaq.Bu yarışı ABŞ səfirliyinin mədəniyyət departamenti ilə Azəbaycan Gənclər İttifaqı təşkil etmişdir. Amerikalılar Texas ştatının Hyuston şəhərindən gəlmiş amerika münsiflər heyətinin Bakıya səfərini və burada yaşamasının maliyyə xərclərini öz üzərinə götürdü", - Əzizov izah etdi.Kollektivlər müsabiqəsində Arif Məmmədovun rəhbərlik etdiyi Crazy Eyes komandası qalib oldu. Kifayət qədər məşhur və güclü olan bu komanda Türkiyə və Avropada çıxış etmişdir. 2012-ci ildə onlar Azərbaycanda Bakı və Azərbaycan çempionatlarının qalibi oldular. Hip-hop üzrə dünya çempionatında dördüncü yer tutdular. Bir neçə xarici yarışda iştirak etdilər, məşhur türk televiziya müsabiqəsində yarımfinala qədər yüksəldilər. Qışda onlar bir qədər geriləsələr də, özlərini toparladılar, güclü məşq etdilər və ölkə birincisi oldular.Crazy Eyes 11 səs fərqilə 2014-cü il Bakı və azərbaycan çempionu Alaram komandasına qalib gəldilər. Üçüncü yeri isə Əzizovun rəhbərlik etdiyi Jam SS komandası qazandı.Müsabiqədə qalmaqalla bağlı sualı cavablandıran Əzizov bunları dedi:- Amerika münsiflər heyəti bizim heç bir komandamızla tanış deyildi və buna görə də onları qərəzli hakimlikdə ittiham etmək düzgün deyil. Demək olmaz ki, onlar kiməsə azarkeşlik edirdilər, ələxsus da birinci və ikinci yer tutan komandaların aldığı ballar arasında gözə çarpan fərq də bunu təsdiqləyir.Kamal ƏliANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol