• $
  • €
  • ₽
  • ₺
  • £

Hökümə Qurbanovanın doğum günüdür

Hökümə Qurbanovanın doğum günüdür
11.06.2014 09:27
Bu gün görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanovanın doğum günü ilə yadda qalıb. O, 1913-cü ilin 11 iyununda Bakıda anadan olub. Hökümə xanım həm də görkəmli Azərbaycan bəstəkərı Müslüm Maqomayevin bacısı qızı idi. Doğmaları onu elə gənc yaşlarından pedaqoq, eləcə də tədqiqatçı kimi görmək istəyirdilər. Amma Hökümə xanım nə müəllimlik etdi, nə də musiqiçi oldu. İncəsənət aləmi onu özünə çəkdi və o, beləcə aktrisa oldu. Hökümə Qurbanovanın sənət dünyasına ilk gəlişi 1933-cü ilə təsadüf edir. Böyük dramaturq Cəfər Cabbarlının ssenarisi və rejissorluğu ilə “Almaz” filmi çəkilirdi. Ədib “Yaxşı” rolu üçün aktrisa axtarırdı. Təsadüfən foto vitrində Hökümə Qurbanovanın şəklini görən kimi onu çəkilişə dəvət edir. İllər keçdi və böyük ədibimizin seçimində yanılmadığı özünü bir daha sübut etdi. İlk addımlarını kinoda atan Hökümə Qurbanova, sonralar Azərbaycan teatr sənətinin böyük korifeylərindən birinə çevrildi. Hökümə xanımın milli teatrda ilk rolu 1939-cu ildə “ Vaqif” tamaşasındaki gürcü qızı “Tamara” oldu. Cəmi səkkiz misralıq monoloq aktrisaya gələcək şöhrətin qapılarını açdı və o, ömrünün sonunadək bu teatrın əvəz olunmaz aktrisası kimi fəaliyyət göstərdi. Tamaşaçılar ona valeh olurdular. Şöhrət özü Hökümə Qurbanovanı tapırdı, çünki o, ömrü boyu ancaq sənət haqqında düşünürdü.//Anspress
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol