• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçılar Birliyinin katibi xəstəxanaya yerləşdirilib

Yazıçılar Birliyinin katibi xəstəxanaya yerləşdirilib
07.06.2014 15:22
Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu xəstəxanaya yerləşdirilib.

A. Əmrahoğlunun ailəsindən APA-ya verilən məlumata görə, onun xəstəxanaya yerləşdirilməsinin səbəbi mədə qanaxmasıdır: “Bir neçə gündür xəstəxanaya yerləşdirmişik. Hazırda həkimlər əməliyyata hazırlıqla məşğuldurlar. Əsas problem mədədəki qanaxmanı kəsməkdir. Konkret olaraq son qərar verilməyib. Bütün müayinələr başa çatandan sonra qərar veriləcək ki, bədxassəli şiş təhlükəsi var, yoxsa yox”.

 Xanımı əlavə edib ki, xərçəng təhlükəsinin olması barədə həkimlər yalnız ehtimal edirlər: “Bu, ancaq ehtimaldır, həkimlər belə bir şeyi gözləyirlər. Amma dəqiq diaqnoz olmadan, heç nə demək olmaz”. Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illərdir Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.   ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol