• $
  • €
  • ₽
  • ₺
  • £

“Netflix” Azərbaycanla bağlı filmi təqdim etdi - Video

“Netflix” Azərbaycanla bağlı filmi təqdim etdi - Video
11.02.2021 14:56
Dünyaca məşhur "Netflix” platforması ilk dəfə Azərbaycanla bağlı çəkdiyi filmi təqdim edib.

"Netflix İndonesia” tərəfindən lentə alınan "Leyla və Məcnun”un bu gün premyerası olub və İndoneziya dilində tamaşaçıların ixtiyarına verilib.

120 dəqiqəlik kinonun baş rollarında Rza Rahadian və Acha Septriasa rol alıb. Ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun” poeması əsasında ərsəyə gətirilib.

Filmin təqdimatı xəbəri İndoneziya və qərb KİV orqanlarında geniş yer alıb. Məlumatlarda Gəncəvinin 12 əsrdə yaşamış dahi Azərbaycan nasiri olduğu, çəkilişlərin əksəriyyətinin Bakıda baş tutduğu vurğulanıb.

Xarici medialar yazır ki, Leyla və Samirin sevgisi cəmiyyətdə dolaşan Leyla və Məcnunun hekayəsi kimidir və romantik janrdadır. Vurğulanıb ki, Azərbaycan- Orta Şərq havası kinoya xüsusi rəng qatıb.

Qeyd edək ki, filmin ilkin olaraq 2020-ci ildə yayımlanması planlaşdırılsa da, pandemiya səbəbindən 2021-ci ilin fevralına qədər təxirə salınmışdı.
Filmin rejissoru Monti Tivadır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol