• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Vaqif Səmədoğluya məktub yazdı - Mətn

Prezident Vaqif Səmədoğluya məktub yazdı - Mətn
05.06.2014 20:32
Azərbaycan prezidenti İlham Əliyev bu gün 75 yaşı tamam olan Vaqif Səmədoğlunu təbrik edib. 
ANN.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:
Hörmətli Vaqif Səmədoğlu!
Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.
Sizin yaradıcılığınız tədqiqatçılar tərəfindən fikir poeziyası kimi həmişə yüksək qiymətləndirilmişdir. Vətən və azadlıq, xeyir və şər, həyat və ölüm haqqında fəlsəfi düşüncələriniz əsərlərinizdə bənzərsiz bir mənzərə formalaşdıraraq özünəməxsus poetik dünya yaratmışdır.
Müraciət etdiyiniz mövzular nə qədər rəngarəng olsa da, Siz Bakının, İçərişəhərin, Xəzərin və bütövlükdə Vətənin parlaq obrazlarını daim diqqət mərkəzində saxlamısınız. Poeziyanızda əksini tapan hər bir ifadə Azərbaycan xalqının ədəbi xəzinəsi, milli-mənəvi dəyərləri və folklorun tükənməz imkanları ilə sıx bağlıdır. Müasir insanın daxili aləminin təsvirində sərbəst şeirin potensialından məharətlə istifadə olunmasında xüsusi xidmətləriniz vardır.
Mahnı janrının inkişafında, teatr və kino sahəsində əldə etdiyiniz uğurlar da Sizə şöhrət gətirmişdir. İstər yaradıcılığınızda, istər ədəbi-mədəni və ictimai-siyasi həyatda Siz səmimi və müdrik insan kimi tanınmış, böyük nüfuz və hörmət qazanmısınız.
Şeirlərinizdə tez-tez atanızı xatırlayırsınız. Üslubunuzun Vurğun yaradıcılığından kəskin surətdə fərqlənməsinə baxmayaraq, məhz onun əsl varisi olub ədəbiyyatımızın bütün qaynaqlarından ilham almış, təkrarolunmaz şair kimi formalaşmısınız. Bəşər mədəniyyətinin nailiyyətlərini dərindən mənimsəməklə Siz bütövlükdə Azərbaycan ədəbiyyatının inkişafına layiqli töhfələr vermisiniz. Ümidvaram ki, əsərlərinizlə bundan sonra da xalqımıza layiqincə xidmət göstərəcəksiniz.
Ən xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2014-cü il.
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol