• $
  • €
  • ₽
  • ₺
  • £

Talış xanı Mirəhməd xanın sarayı bərpa olunacaq - VİDEO

Talış xanı Mirəhməd xanın sarayı bərpa olunacaq - VİDEO
04.06.2014 09:32
Lənkəranda sonuncu Talış xanı Mirəhməd xanın sarayı bərpa olunur. ANS TV-nin məlumatına görə, bir əsrdən çox yaşı olan, təkrarsız tikilinin ilkin quruluşu saxlanılmaqla, su, kanalizasiya, istilik və işiqlandırma sistemləri qurulur.1913-ci ildə fransalı memarlar tərəfindən 3 ay müddətinə inşa olunan Mirəhməd xanın sarayı, bu günə qədər cənubun ən unikal tarixi tikilisi sayılır. Deyilənə görə, Mirəhməd xan 1912-ci ildə gözəllik müsabiqəsində birinci yeri tutan həyat yoldaşı Tuğra xanımı mükafatlandırmaq üçün, bu tikilini inşa etdirəndə memarlar qarşısında qoyduğu əsas şərt bu olub ki, bu tikili digər yerdə təkrarlanmasın.Yaşı bir əsri ötən, bu təkrarsız tikili, zamanında mərkəzi istilik, elektrik, işıqlandırma sisteminə malik olub. Müxtəlif zamanlarda, müxtəlif məqsədlər üçün istifadə edilən sarayın əsaslı bərpası Regionların Sosial-İqtisadi İnkişaf Dövlət Proqramı çərçivəsində həyata keçirilir.Lənkəran mədəniyyət və turizm şöbəsinin baş məsləhətçisi İlqar Əzimovun sözlərinə görə, tarixi mədəniyyət abidəsi kimi qorunan bu bina ilkin quruluşu saxlanılmaqla əvvəlki vəziyyətinə gətiriləcək: “Bundan sonar burada Lənkəran tarix diyarşünaslıq muzeyi üçün yeni ekspozisiya qurulacaqdır”.Podratçı təşkilatın rəsmiləri tarixi binanın əsaslı bərpası üçün ilkin olaraq bir milyon AZN vəsaitin ayrıldığını deyir. Bərpa işləri aparılarkən sarayın ilkin quruluşu saxlanılmaqla yanaşı, müasir su, kanalizasiya, istilk, işıqlandırma, havalandırma sistemləri qurulacaq, özülü əsaslı şəkildə möhkəmləndiriləcək. Tarixi sarayın təmirini isə yerli sakinlər yüksək dəyərləndirir. Bərpasına ötən ilin oktyabrında başlanmış sarayın təmir işlərinin bu ilin noyabr ayına yekunlaşacağı deyilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol