• $
  • €
  • ₽
  • ₺
  • £

Türk və Amerika musiqiçiləri Qarabağın azad olunmasına mahnı həsr ediblər

Türk və Amerika musiqiçiləri Qarabağın azad olunmasına mahnı həsr ediblər
09.05.2021 12:30
Türk bəstəkarı Turqay Evren Qarabağın işğaldan azad edilməsinə mahnı bəstələyib, Amerika müğənnisi Della Maylz isə onu ifa edib.
Bu barədə "Report” "Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, türk bəstəkarın "Many Years Ago" ("İllər əvvəl") adlı yeni mahnısı Azərbaycanın Qarabağ regionunun Ermənistanın çoxillik işğalından azad olunmasına həsr edilib.
Amerika müğənnisi Della Maylz tərəfindən ifa edilən kompozisiya Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın incisi - Qarabağın Şuşa şəhərini işğal etdiyi 1992-ci ildə baş verən faciəli hadisələrin xatirəsinə mayın 8-də tvitter sosial şəbəkəsində və "YouTube” hostinqində yayımlanıb.
"Ermənilər Azərbaycanın dinc sakinlərinə, o cümlədən qadınlara və uşaqlara qarşı bir çox qanunsuzluqlar və cinayətlar törətdilər. Azərbaycan xalqının ağrıları uzun illərdir qəlbimdə əks-səda verir”, - deyə bəstəkar Turqay Evren "Anadolu"ya bildirib.
Onun sözlərinə görə, Qarabağın azad edilməsinə ingilis dilində mahnı bəstələmək qərarı Cənubi Qafqaz həqiqətləri haqqında məlumatları dünyanın ən çox insanına çatdırmaq istəyi ilə əlaqədardır.
"Digərin ölkələrdə də Qarabağ məsələsi barədə eşitməsini istərdim. Amerikalı müğənni Della Maylz ilə mahnını müzakirə etdik. O, fikrimi dəstəklədi və mahnını birlikdə yekunlaşdırdıq. Mahnının aranjimanı ilə Əli Tolqa Demirtaş məşğul oldu”, - Evren deyib.
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol