• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məşhur musiqiçi qəfil vəfat etdi - FOTO

Azərbaycanda məşhur musiqiçi qəfil vəfat etdi  - FOTO
27.05.2021 23:01
Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim, tarzən Yusif Vəliyev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva feysbukda məlumat yayıb.

Y.Vəliyev 15.08.1952-ci ildə Ağdam şəhərində anadan olub. 1975-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar ixtisası üzrə bitirib. Y Vəliyev 1969 - 1970- ci illərdə Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbində tar müəllimi, 1971-1976-cı illərdə Bakı şəhər 22 nömrəli Uşaq Musiqi məktəbində tar müəllimi və xalq çalığı alətləri şöbəsinin müdiri, 1976-1977-ci illərdə Lerik rayon Uşaq Musiqi məktəbinin direktoru, 1977-1994-cü illərdə Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyi Mədəniyyət işçiləri ixtisasartırma kursunun direktor müavini vəzifələrində işləyib. 1995-ci ildə Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə "Əməkdar müəllim” fəxri alıb.
Bu arada, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Detaşe” violinoçular ansamblının rəhbəri Xalq artisti professor Zəhra Quliyevanın tələbələri Səbinə Muradovanın müşayiəti ilə Yusif Vəliyevin xatirəsinə həsr olunmuş musiqi nümunələri təqdim edib.

Qeyd edək ki, Yusif Vəliyev məşhur QHT rəhbəri, "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəylinin dayısıdır.

Allah rəhmət eləsin!
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol