• $
  • €
  • ₽
  • ₺
  • £

“Azdrama”da direktorla aktyorlar arasında dava - İşə polis qarışdı

“Azdrama”da direktorla aktyorlar arasında dava - İşə polis qarışdı
23.05.2014 15:34
Dünən Akademik Milli Dram Teatrında böyük qalmaqal yaşanıb. Teatrdan AzNews.az-a verilən məlumata görə qalmaqala səbəb teatrın aktyorlarının son vaxtlar mətbuata verdikləri müsahibələrlə bağlı ANS-in süjet hazırlaması olub.

Qeyd edək ki, etirazçı aktyorlar işlədikləri teatrın tamaşalarında rol bilmədiklərindən, onların yerlərinə başqa teatrlardan aktyorların gətirilməsindən narazıdır. Elə buna görə də, dünən ANS televiziyası sözügedən mədəniyyət ocağına gəlib və bir neçə nəfərdən, o cümlədən əməkdar artistlər Sənubər İsgəndərli və Əli Nurdan müsahibə alıb.Teatrın direktoru İsrafil İsrafilov isə müsahibə verməkdən imtina edib və aktyor Əli Nuru otağına dəvət edərək onu tənələyib. Məlumata görə, direktor aktyorun AzNews.az saytına verdiyi müsahibəyə görə Mədəniyyət və Turizm Nazirliyindən üzr istəməsini tələb edib. Əli Nur isə “mən dediyim sözün ağasıyam” deyərək, heç zaman üzr istəməyəcəyini bildirib. Nəticədə isə direktorla aktyor arasında münaqişə yaranıb. Vəziyyətin həddən artıq gərginləşdiyini görən İsrafilov teatrın mühafizəçilərini çağırıb. Mənbə bildirir ki, qarşıdurmanın kameraya çəkilməsinin qarşısını almaq üçün direktor ANS-in əməkdaşlarını otağından çıxartdırıb. Amma əsl qalmaqal da elə bundan sonra baş verib.Maraqlıdır ki, bu qədər həngaməyə rəğmən, nə oradakı gərginlik, nə də aktyorların müsahibələri efirə verilməyib.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol