• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı

Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı
18.08.2021 20:30
Məşhur əfqan kinorejissor Sahra Kərimi üç ölkənin köməkliyi ilə Əfqanıstan çıxarılıb.

Bu barədə Səhra Kərimi öz rəsmi tvitter hesabında məlumat paylaşıb.

"Sağam və təhlükəsiz yerdəyəm”, - deyə məşhur kinorejissor yazıb. Rejissor həmçinin ona ölkədən çıxmağa kömək edən Türkiyəyə, həmin dövlətin səfirliyinə, Ukrayna hökuməti, Xarici İşlər Nazirliyinə və Slovakiyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, "Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdikdən sonra bir çox əfqan kimi Sahra Kərimi də öz həyatı üçün təhlükə yarandığını hiss edib. O, öz sosial media hesablarında Əfqanıstan küçələrində yaşanan qorxunu bütün dünyaya göstərmişdi və "Bizi öldürməyə gəlirlər”,- deyə qeyd etmişdi. Bunun ardınca səfirliklər və beynəlxalq qurumlar məşhur kinorejissorun və daha 11 nəfərin Kabildən qaçmasına kömək edib. 

Xatırladaq ki, 35 yaşlı Sahra Kərimi Çexiya, Slovakiyada təhsil alıb və 2012-ci ildə yenidən Əfqanıstana qayıdıb. Hazırda ölkənin "Afgan Film” şirkətinin icraçı direktorudur və şirkətdə bu vəzifəni tutan ilk qadındır. O, eyni zamanda ölkəsində film sahəsində elmlər namizədi dərəcəsini alan yeganə xanımdır. Kərimi "Hava, Maryam, Ayesha”, "Parlika” və "Yer kürəsinə baxış” kimi məşhur filmlərin rejissorudur. (qafqazinfo)
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol