• $
  • €
  • ₽
  • ₺
  • £

Tərcümə mərkəzlərinin işi nəzarətə alınacaq

Tərcümə mərkəzlərinin işi nəzarətə alınacaq
21.05.2014 14:14

"Düşünürəm, ilkin mərhələdə tərcümə sahəsindəki qeyri-peşəkarlığın aradan qaldırılması istiqamətində zəruri addımlar atılacaqdır. Bu, ilk növbədə, “Tərcümə Mərkəzi” adı altında fəaliyyət göstərən özfəaliyyət səviyyəli, kiçik qurumların işinin nəzarətə alınması, elm, təhsil, mədəniyyət, hüquq, neft siyasəti, hətta, dövlətlərarası rəsmi yazışmalar müstəvisinə ayaq açmış qüsurlu tərcümələrin qarşısının alınması olacaqdır".

Bunu Nazirlər Kabineti yanında yaradılan Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud AzərTAc-a deyib.

Onun sözlərinə görə, indi nəzərdə tutduğu bu işin həyata keçirilməsi üçün işlək mexanizmlərin yaradılması, buna uyğun müvafiq qaydaların hazırlanması ilə məşğuldur:

"Bununla paralel şəkildə ölkədaxili tərcümə işlərinin nizamlanmasına dair tədbirlər planı üzərində işləyirik. Bu, ilk növbədə, dövlət qurumlarının, idarə və təşkilatların fəaliyyətinə dair elektron məlumat bazasının yaradılması, onların fəaliyyət dövriyyələrinə uyğun tərcümə işlərinin, mətn və materialların keyfiyyət baxımından tənzimlənməsinə dair saziş və müqavilələrin bağlanmasıdır. Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcəkdir.

Növbəti mərhələlərdə tərcümənin spesefik sahələri üzrə - bədii, elmi, texniki, neft siyasəti, rəsmi, hüquqi və sair sahələr üzrə mütəxəssislərin yetişdirilməsi, tərcümənin spesifik sahələri üzrə xüsusi kursların yaradılması nəzərdə tutulur. Həmçinin ədəbiyyatımızı, mədəniyyətimizi, elmimizi, eləcə də digər sahələrdə qazandığımız uğurları dünya müstəvisində təbliğ edəcək yerli qurumların yaradılması nəzərdə tutulur. Digər daha geniş və əhatəli layihələrimiz də vardır ki, onlar mərhələli şəkildə həyata keçiriləcəkdir"

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol