• $
  • €
  • ₽
  • ₺
  • £

Dişini çəkdirən şairə Hepatit C-yə yoluxub - Azərbaycanda

Dişini çəkdirən şairə Hepatit C-yə yoluxub - Azərbaycanda
20.05.2014 13:22
Azərbaycan Yazıçılar Birliyinin üzvü həkim səhlənkarlığının qurbanı olub. Bu barədə məlumatı ANS PRESS-ə İmişli rayon sakini, ziyalı, şairə Məryəm Şahverdiyeva verib. Ziyalı qadın Hepatit C virusuna yoluxub. Onun sözlərinə görə, xəstəliyi barədə bir neçə ay öncə öyrənib. "Mən Bakıda və İmişlidə diş həkimə müraciət edərək, diş çəkdirmişəm. Bundan sonra xəstələndim. Bakının ən qabaqcıl klinikalarında, eləcə də İranda müayinə olunmuşam. Mənə Hepatit C diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, bu virusa o məhz stomatoloq yanında yoluxmuşam. Bu vaxta kimi dəfələrlə İranda müalicə kursu keçmişəm. Artıq müalicəyə maddi imkanım çatmır. Rayon İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə kömək üçün müraciət etmişəm". Şairə indi ümidinin ancaq imkanlı şəxslərə qaldığını deyir. Qeyd edək ki, Məryəm Şahverdiyeva “Məhsəti Gəncəvi”, “Qızıl Qələm”, “İti Qələm”, Mir Mövsüm Ağa fəxri mükafatı laureatıdır. 2010-cu ildə Məryəm Şahverdiyeva xeyriyyəçilik fəaliyyətinə görə “Hacı Zeynalabdin Tağıyev” adına mükafata layiq görülüb, Istedadlı yazıçı kimi “ XX əsr Azərbaycan Yazıçıları” enisiklopedik kitabına adı düşüb. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol