• $
  • €
  • ₽
  • ₺
  • £

Sənətkar prezident təqaüdünü Somaya bağışladı

Sənətkar prezident təqaüdünü Somaya bağışladı
20.05.2014 11:26
Xalq artisti, tanınmış incəsənət xadimi Nisə Qasımova ona ayrılan prezident təqaüdünü Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım fonduna bağışlayıb.AzVision.az-ın məlumatına görə, Xalq artisti Somaya 1000 manat yardım edib.Nisə Qasımova bildirib ki, türk millətinin sevinci ilə sevinməli, kədəri ilə kədərlənməliyik: “Ancaq ağlamaqla iş bitmir. Kifayət qədər göz yaşı axıtdıq. Mən prezident təqaüdü alıram, bir aylıq maaşım ilə bu kampaniyaya qatıldım. Bilirəm ki, bu kiçik bir şeydir, ancaq əlimdən bu gəlir. Digər sənətçi dostlarımı da bu kampaniyaya qatılmağa dəvət edirəm”,-deyə N.Qasımova əlavə edib.Qeyd edək ki, Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Kampaniya çərçivəsində 6157 AZN (7847 USD) məbləğində vəsait yığılıb.Kampaniyaya Milli Məclisin bir neçə deputatı da qoşularaq Somaya yardım edib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov yardım fonduna 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN, Qənirə Paşayeva 1200 AZN pul köçürüb.Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol