• $
  • €
  • ₽
  • ₺
  • £

Məhşur telekanal Nic qəsəbəsi haqqında süjet çəkib

Məhşur telekanal Nic qəsəbəsi haqqında süjet çəkib
15.05.2014 16:43
"Euronews" telekanalı Qafqaz Albaniyası dövründə yaşayanların nəsillərinin məskunlaşdığı Azərbaycanın Nic qəsəbəsi haqqında süjet çəkib.
Trend-in məlumatına görə, Süjetdə deyilir ki, udinlər planetin ən qədim xalqlarından biridir: "Onların ulu babaları haqqında ilk xatırlatmaya hələ Herodotda rast gəlmək olar. Bu gün udinlərin sayı çox deyil və onlar bütün dünyaya səpələniblər. Lakin onların böyük əksəriyyəti, yəni 4 mindən çoxu burada - Nicdə yaşayır. Qəsəbə Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ şəhərindən 40 kilometrlik məsafədə yerləşir və udinlər öz xalqlarının qədimdən burada yaşadıqlarına inanırlar".
"Çeşmə" Udin Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakiri süjetin müəllifinə Qafqaz Albaniyasında daha 26 tayfanın yaşadığı barədə danışıb.
Azərbaycanın Alban-udin xristian icmasının səri Robert Mobili hesab edir ki, udinlər Qafqaz-İberiya dilində danışan və xristianlığın şərq cərəyanına etiqad edən çox fərqli xalqdır.
Süjetdə deyilir ki, xristianlığın simvollarına hətta kilsəyə getməyə adət etməmiş Nic sakinlərinin məişətində də rast gəlmək mümkündür.
Müəllif danışır ki, xeyir-dua ən məşhur udin yeməklərindən birinin - afarın hazırlanması ilə başlayır: "Bu yeməyin əsas tərkib hissəsi gicitkəndır. C vitamini ilə zəngin olan bu yandıran bitki keçmişdə yoxsulları qışdan sonra avitaminozdan xilas edib. Tezliklə Nicin ənənəvi reseptlərinin toplusu dərc olunacaq. Lakin evdar qadınların əksəriyyəti əmindir ki, kitabdan afar hazırlamağı öyrənmək mümkün deyil".
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol