• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox hansı ölkə öz filmini izləyir?

Ən çox hansı ölkə öz filmini izləyir?
12.05.2014 19:07

Avropada ötən il ən çox yerli filmə baxan ölkə, 2012-ci ildəki kimi, yenə Türkiyə olub.

Mərkəzi Strasburqda yerləşən Avropa Audiovizual Rəsədxanasının mayın 12-də açıqladığı məlumata görə, ötən il bu ölkədə kino gəlirlərinin 58 faizi yerli filmlərdən toplanıb. 2012-ci ildə  həmin göstərici 47 faiz civarında olub. (Sözügedən qurum (European Audiovisual Observatory) qitənin kino məhsullarının monitorinqi ilə məşğul olur və kassa gəlirlərini də hesablayır – red.)

Yerli filmlərin ən çox göstərildiyi ölkələr sıralamasında Fransa 2-ci (33.8%), İtaliya 3-cü yerə çıxıb (31%).

Əldə edilən gəlir baxımından fərqli mənzərə müşahidə edilib. Ötən il 193 milyon avro ilə Fransa, bir il öncə olduğu kimi, yenə ilk sıranı tutub. Rusiya 177 milyon, İngiltərə 164 milyon avro ilə sonrakı yerlərdə qərarlaşıb. Ən çox yerli film göstərilən ölkələr sıralamasında öndə gedən Türkiyə filmlərin göstərilməsindən 50.3 milyon avro toplayıb.

Avropa Birliyinə daxil ölkələr arasında kino nümayişindən toplanan vəsaitdə ilk dəfə  azalma müşahidə olunub. Ötən il AB ölkələrində kassa gəlirləri 4.1 faiz azalaraq bütövlükdə 907 milyon avroya enib.

Azadliq.org

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol