• $
  • €
  • ₽
  • ₺
  • £

Nobel mükafatı laureatı Əziz Səncər Şuşaya gələcək

Nobel mükafatı laureatı Əziz Səncər Şuşaya gələcək
29.11.2021 14:30
Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycana gəlib.

Bu barədə Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.

Rektor qeyd edib ki, UNEC İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələn Əziz Səncəri özü qarşılayıb: "Forum çərçivəsində Əziz Səncərin iştirakı ilə çox faydalı görüşlər (o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri və bir qrup şəhid övladları-tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş), çox maraqlı müzakirələr (o cümlədən, Postcovid elm və təhsilinə elmi baxış), Şuşaya səfər və digər maraqlı tədbirlər nəzərdə tutulub. Dəvətimizi qəbul etdiyinə görə dəyərli Əziz Səncərə təşəkkür edirik”.

Forum 1-3 dekabr tarixlərinə Gülüstan sarayında baş tutacaq. Ə.Səncər Forum çərçivəsində alimlərlə görüşəcək, eyni zamanda çıxış edəcək.

***
Dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak edəcək.

Ə.Sancar dekabrın 2-də tədbirin "Post-pandemiya dövründə elm və təhsil” adlı II panelində çıxış edəcək.

UNEC İqtisadi Forumu dekabrın 1-də başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi "Zəfər Yolu”dur. Eyni zamanda. Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr və gənc alimlərin və Beynəlxalq Elm Olimpiadaların qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər nəzərdə tutulub.
Tədbir dekabrın 3-də başa çatacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol