• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı heykəltəraş İstanbulda 36 Osmanlı padşahının büstünü qoyacaq - FOTO

Azərbaycanlı heykəltəraş İstanbulda 36 Osmanlı padşahının büstünü qoyacaq - FOTO
08.05.2014 20:41
Azərbaycanlı heykəltəraş Sənan Eynullayev İstanbulun Topkapı səmtindəki parkda 36 Osmanlı padşahının büstünü qoyacaq. Bu barədə APA-nın Türkiyə müxbirinə işin podratçısı, GMA şirkətinin sahibi Sərkan Öztürk məlumat verib. S. Öztürk Topkapı bir neçə gün əvvəl keçirilmiş tenderdən rəssam-heykəltəraş Sənan Eynullayevin eskizlərinin qalib çıxdığını deyib. O, Topkapı parkında 500 metrlik məsafədə 36 Osmanlı padşahının büstlərindən əlavə, yaxınlıqdakı meydanda İstanbulu fəth edən Fateh Sultan Mehmetin at üstündə 25 metr hündürlükdə heykəlinin də qoyulacağını söyləyib. Eskizi Sənan Eynullayev tərəfindən hazırlanmış heykəlin müəllifi də azərbaycanlı plastik sənətlər ustası olacaq: “Biz azərbaycanlı sənətkar qardaşımız Sənan bəylə əməkdaşlığımızdan çox razıyıq. Onunla işlədiyimiz müddətdə çox böyük uğurlara imza atmışıq. Bizə görə, Sənan bəy müasir plastik sənətlərin dünya miqyasındakı önəmli ustalarından biridir. İstanbul bələdiyyəsi Nigeriyanın Laqos şəhərində milli azadlıq muzeyi inşa edəcək, muzeyin inşasını İstanbul bələdiyyəsinin mədəniyyət idarəsinə həvalə ediblər. Bu günlərdə bələdiyyənin mədəniyyət idarəsinin rəisi, Sənan bəy və mən Nigeriyadakı muzeyin eskizlərini hazırlamaq üçün Laqosa yola düşəcəyik. Azərbaycanlı plastik sənətlər ustası Sənan Eynullayevlə Türkiyədəki uğurlu əməkdaşlığımızı dünyanın müxtəlif guşələrinə daşımağı planlaşdırmışıq, çünki onun eskizləri ilə iştirak etdiyimiz tenderlərin, demək olar ki, hamısında qalib gəlirik”. 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini və Ə. Hüseynzadə adına İncəsənət Universitetini bitirib. Mərhum xalq rəssamı Mikayıl Abdullayevin tələbəsi olan Sənan Eynullayev yaradıcılıq işlərini 1992-ci ildən bəri Türkiyədə davam etdirir. İndiyə qədər Türkiyənin və Avropanın müxtəlif qalereyalarında bir çox fərdi sərgi açıb. İstanbulun Cevizlibağ səmtində 2009-cu ilin iyununda açılan Polis Təhsil və Konqres Mərkəzindəki 12 ədəd bal mumu heykəlinin müəllifi də Sənan Eynullayevdir. Uzun müddət İstanbulun tədris mərkəzlərində dərs deyən Sənan Eynullayev, daha sonra şəxsi tədris emalatxanasını qurub və 20 müdavimə sənət dərsi verir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol