• $
  • €
  • ₽
  • ₺
  • £

“Şəffaflığı göstərəcək dəyişikliklər olub” - “Eurovision” rəsmisi

“Şəffaflığı göstərəcək dəyişikliklər olub” - “Eurovision” rəsmisi
07.05.2014 13:27
“Bu il yarışmanın qaydalarında səsvermənin şəffaflığını göstərən dəyişikliklər olunub.

 Mayın 1-də hər bir ölkədən olan jüri üzvlərinin adları açıqlanıb. Final şousundan dərhal sonra isə hər bir jürinin ayrı-ayrı ifaçılara verdiyi səslər açıqlanacaq. Beləliklə, tamaşaçılar hər şeyin qaydalara uyğun olduğunu özləri görmüş olacaqlar”.Bu sözləri APA-ya açıqlamasında “Eurovision” mahnı yarışmasının təşkilati işlər üzrə direktoru Sietse Bekker deyib.O qeyd edib ki, Danimarka televiziyası və meriyası builki yarışmanın yüksək səviyyədə keçməsi üçün uğurlu əməkdaşlıq edir: “Şouların baş tutacağı məkan gəmiqayırma zavodudur. Bu, lazımi sayda tamaşaçının bir yerə toplaşıb, yarışmaya canlı şahidlik edə bilməsi üçün yeganə mövcud məkandır. Adı çəkilən zavodda əlverişli dəyişikliklər olunub. Onu da qeyd edim ki, alınan effektdən olduqca razıyıq. Azərbaycanda baş tutan şou zamanı məhz bu məqsəd üçün yeni məkan tikildi. Amma son ana qədər biz hazırlıqların bitib-bitməyəcəyindən narahat idik. Sonda isə avropalı tamaşaçılar çox yaddaqalan və qüsursuz üç canlı şounun şahidi oldular. Avropada bu yarışmaya maraq azalmır, çünki bu yarışma Avropanın müxtəlif bölgələrindən insanları bir yerə toplayır. “Eurovision” bir musiqi bayramıdır. Dünən baş tutan birinci yarımfinal şousuna olan tamaşaçı marağı buna sübutdur”.S.Bekker bu il iştirakçıların qalib gəlmə şanslarının tam bərabər olduğunu, açıq favoritin olmadığını və nəticənin birbaşa final şousu günü göstərilən performanslarla əlaqədar olduğunu söyləyib. O, yarışmada iştirakdan imtina edən ölkələrlə yanaşı, müəyyən fasilədən yenidən yarışmaya qayıdan ölkələrin də olduğunu qeyd edib. Onların arasında Polşa və Portuqaliya da var.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol