• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan “Eurovision 2014”-ün finalında! - VİDEO

Azərbaycan “Eurovision 2014”-ün finalında! - VİDEO
07.05.2014 09:27
Bu gecə Danimarkanın paytaxtı Kopenhagenin “B and V” arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.APA-nın məlumatına görə, “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra “Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olmuş Emmelie de Forest ona qələbə qazandıran “Only teardrops” mahnısını uşaqlarla birgə təqdim edib. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər.16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Ermənistan təmsilçisi Aram MP3, daha sonra Latviyanın “Arzemnieki” qrupu, Estoniyanın istedadlı müğənnisi Tanja, İsveçdən Sanne Nielsen, İslandiyadan “Pollapönk” qrupu, Albaniyadan Hersi Matmuja, Rusiyadan “Tolmaçova bacıları”, Azərbaycan təmsilçisi Dilarə Kazımova, ukraynalı Mariya Yeremçuk, Belçikadan Aksel Hirsoks, moldovalı Kristina Skarlat, San Marinodan Valentina Monetta, portuqaliyalı Suzi, Niderlanddan “Kommon Linnets” qrupu, Monteneqronun Sergey Çetkoviç, Macarıstandan Andras Kallay Saunders öz ifalarını təqdim ediblər.Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Danimarkanın müxtəlif guşələrinin görüntüləri olub. Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb.Bunlar  Azərbaycan,  Rusiya, Ermənistan, Monteneqro, Macarıstan, San Marino, Ukrayna, İsveç, Hollandiya və İslandiyadır.  Müsabiqənin birinci yarımfinalı dünyanın 45-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Müsabiqənin II yarımfinal mərhələsi mayın 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol