KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandası adını dəyişib.
Anews.az İTV-yə istinadən xəbər verir ki, festivalın ikinci turunda iştirak edəcək komandaların siyahısı KVN-in rəsmi saytında dərc olunub.
Qeyd olunub ki, komandanın rəhbəri ssenarist və prodüser Müşviq Abbasovla əlaqə saxlanılsa da, zəngə cavab verilməyib.
Vurğulanıb ki, məsələ barədə sabah ictimaiyyətə açıqlama verilməsi planlaşdırılır.



www.anews.az
























