Bakıda “Lermontov və musiqi” adlı ədəbi-bədii gecə

Mayın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazinin mənzil muzeyində böyük rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyi münasibətilə ədəbi-bədii gecə keçirəcəkdir.AzərTAc xəbər verir ki, tədbirdə şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək və şeirləri söyləniləcəkdir.Tədbirdə Lermontovun əsərlərinə bəstələnmiş operalardan fraqmentlər və mahnılar ifa ediləcəkdir.Muzeyin foyesində Mixail Lermontovun əsərlərini bəstəkarların yaradıcılığında əks etdirən muzey materiallarından hazırlanmış sərgi açılacaqdır.ANN.Az
























