Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda

Türkiyənin Adana şəhərində Dövlət Teatrları - Sabancı Beynəlxalq Adana Teatr Festivalı başlamışdır.Mayın 16-dək davam edəcək festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi təmsil edir.Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kollektiv festivalda M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanmış “Lənkəran xanının vəziri” tamaşasını təqdim etmişdir. Hacı Ömər Sabancı Mədəniyyət Mərkəzində nümayiş olunan səhnə əsəri tamaşaçılar, eləcə də mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmışdır.Sabancı Beynəlxalq Adana Teatr Festivalı Türkiyənin ən nüfuzlu teatr festivallarındandır. Hər il festivalda dünyanın müxtəlif ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edirlər.ANN.Az
























