• $
  • €
  • ₽
  • ₺
  • £

Salman Rüşdi Markesdən yazdı: Həqiqətin xidmətindəki sehr

Salman Rüşdi Markesdən yazdı: Həqiqətin xidmətindəki sehr
30.04.2014 16:08

Salman Rüşdinin Qabriel Qarsiya Markes haqqında məqaləsini təqdim edirik.

 

Uğuruna çatmaq olmayanda

 

“Yüz ilin tənhalığı” bu gün 47 yaşındadır və özünün böyük, qalıcı məşhurluğu olmasına baxmayaraq tərzi, yəni maqik realizm Latın Amerikasında başqa cür ifadə tərzlərinin yolunu açdı. Bunun bir səbəbi Qarsia Markesin uğurunun böyüklüyü idi... Keçən yarım əsr ərzində heç bir yazar Markes kimi uğur və nüfuz əldə edə bilmədi. İen Makyuen haqlı şəkildə Markesin böyüklüyünü Çarlz Dikkenslə qarşılaşdırmışdı. Dikkensdən bu dövrə qədər heç bir yazar Markes qədər çox oxunmadı və onun qədər sevilmədi.

 

Bu böyük adamın ölümü Latın Amerikalı yazarların onun nüfuzu ilə bağlı narahatlıqlarına bir son qoya bilər. Bundan sonra yazdıqları heç bir yarışmadan keçməmiş təqdir qazan bilər. Markesin yazdıqları real insanlar haqqındadır, nağıl deyil. Makondo həqiqətən var və sehri də bundan qaynaqlanır.

 

Hardasa  bir diktator

 

Qabi yaşayır. Qabriel Qarsia Markesin ölümünə dünya səviyyəsində verilən görülməmiş dəyər və hər yerdə oxucuların hiss etdiyi səmimi kədər bizə onun kitablarının hələ də həyatda olduğunu göstərir. Hardasa bir diktator öz rəqibini bişirtdirir və təmtəraqlı boşqabda qonaqlarına axşam yeməyi verir; yaşlı bir polkovnik heç gəlməyən məktubu gözləyir; gənc və gözəl bir qız qəddar nənəsi tərəfindən kişilərə satılır; daha kübar ailə başçısı, yeni Makondo məkanının qurucularından olan, elm və əl-kimyayla maraqlanan Xose Arkadio Buendia qorxu içindəki həyat yoldaşına “Dünya yuvarlaqdır, eynən portağal kimi” – deyir.

 

Nə Orta Əsrlər, nə Hoqvards

 

Kəşf olunmuş, dəyişikliyə uğramış yeni dünyalar çağında yaşayırıq. Tolkeynin Orta Əsrləri, Roulinqin Hovqardsı, “Aclıq oyunlarını”nın antiutopiya aləmi, vampirlərlə zombilərin fürsət gözlədiyi yerlər: Bu gün belə şeylərin zamanıdır, dövrüdür. Amma hazırda fentezi janrının gördüyü rəğbətə baxmayaraq ədəbiyyatdakı ən yaxşı bədii məkanlarda fentezidən çox reallıq vardır. Uilyam Folknerin Yoknapatovasında, R. K. Narayanın Malqudisində və bəli Markesin Makondasında xəyal gücü reallığı zənginləşdirmək üçün istifadə olunur, ondan qaçmaq üçün deyil.

 

Sehri həqiqiliyində idi

 

“Sehrli realizm” sözü, “el realismo magico” terminindəki problem ondadır ki, insanlar bunu tələffüz edəndə, eşidəndə sadəcə “sehrli” və ya “maqik” hissəsini eşidir və ya tələffüz edir, o biri hissəsinə, yəni “realizm” hissəsinə diqqət etmirlər. Əgər sehrli reallıq sadəcə sehr olsaydı o zaman heç bir önəm daşımazdı. Zira ağlınıza gələni yaza bilərdiniz, hər şey ola biləcəyi üçün heç bir şeyin təsiri olmayacaqdı. Sehrli realizm reallıqda dərin kökləri olduğu, həqiqətdən qidalandığı və reallığı gözəl, gözlənilməyən yollara aydınlandırdığı üçün işə yarayır.

 

Markes həqiqətlərdən gözünü heç ayırmayan jurnalist idi. Yuxuların reallığına inanan xəyalpərəst idi. Eyni zamanda çılğınca və ümumilikdə komik gözəlliklərin yazarı idi.

 

Belə böyük bir ehtişamın qarşısında verə biləcəyimiz tək reaksiya minnət duymaqdır. O hamıdan yaxşı idi.

 

Mənbə: Nyu-York Tayms

Kulis.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol