• $
  • €
  • ₽
  • ₺
  • £

Cəfər Cabbarlı müsabiqəsi elan edildi

Cəfər Cabbarlı müsabiqəsi elan edildi
28.04.2014 12:43
Kultura.az saytı Y. V. Çəmənzəminlinin "Studentlər" romanı ilə bağlı keçirdiyi məqalə müsabiqəsindən sonra, növbəti məqalə müsabiqəsini elan edir. Yeni müsabiqə məşhur azərbaycanlı yazıçı, dahi ədib Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri barədədir. Müsabiqənin mətni və şərtləri barədə aşağıdakı yazıda tanış ola bilərsiniz...Hörmətli bəylər və xanımlar, əziz həmvətənlər, Kultura.az saytı öz missiyasına sadiq qalaraq, vətəndaşlarımızın maariflənməsi, elmin, mədəniyyətin, sənətin təbliğ olunması üçün fasiləsiz fəaliyyət göstərməkdə davam edir. Azərbaycan klassiklərini daima xatırlamaq, onları gənc nəslə tanıtdırmaq, təbliğ etmək: Azərbaycanın müasir yazıçılarının, qələm adamlarının, ziyalılarının, intellektuallarının fikirlərini cəmiyyətə çatdırmaq: özlərini ifadə etmək istəyən gənclərə saytımızda yer ayırmaq: müxtəlif tərcümələr, araşdırmalar, sorğular təqdim etməklə insanlarımızın maariflənməsi istiqamətində iş aparmaq bizim əsas vəzifələrimizdir. Kultura.az-ın ən böyük vəzifələrindən biri də daima kitabı təbliğ etməkdir.Hörmətli bəylər və xanımlar, ölkədə kitab satışını və kitabın təbliğatını gücləndirmək, kitabın bir dəyər olduğunu bir daha göstərmək üçün növbəti fürsətdən yararlanmaq fikrindəyik. Bu məqsədlə Kultura.az saytı Azərbaycanın görkəmli yazıçısı, dramaturqu Cəfər Cabbarlının "Oqtay Eloğlu" dram əsəri mövzusunda yazı müsabiqəsi elan edir. Müsabiqəni elan etməkdə məqsədimiz Azərbaycanın görkəmli klassikini bir daha cəmiyyətə tanıtdırmaq və onun bu mühüm əsərini yenidən gündəmə gətirməkdir.Şərtlər- Müsabiqədə iştirak edənlər C. Cabbarlının "Oqtay Eloğlu" əsəri haqqında fikirlərini, düşüncələrini yazı (rezensiya) şəklində Azərbaycan dilində ifadə etməlidirlər.- Məqalələrin həcmi 10 000 işarədən (boşluqsuz) artıq olmamalıdır.- Müsabiqədə yaş həddi 30 yaşa qədərdir.- Müsabiqədə iştirak etmək niyyətində olanlar yalnız bir yazı göndərə bilərlər. Məqalələr əvvəlcə hansısa mətbuat orqanında, internet resursunda çap edilməməlidir. Şərtə əməl etməyən müəlliflərin məqalələri müsabiqəyə buraxılmayacaq.- Müsabiqə iştirakçıları [email protected]/* */ ünvanına yazı ilə birlikdə, özləri haqqında məlumat (ad, soyad, ata adı, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər.- Müsabiqəyə yazı qəbulu 2014-cü ilin aprelin 25-dən iyunun 20-inə qədər (həmin gün də daxildir) nəzərdə tutulub.MükafatMüsabiqədə qalib olanlar pul mükafatı ilə təltif olunacaqlar. Birinci yerin sahibi 500 manat, ikinci yerin sahibi 300 manat, üçüncü yerin sahibi isə 200 manat məbləğinda mükafata layiq görüləcəklər. Müsabiqədə həmçinin iki həvəsləndirici mükafat da nəzərdə tutulub.Münsiflər heyətiMüsabiqəyə göndərilən məqalələr Kultura.az saytının redaktorlar heyəti tərəfindən yoxlanılacaq və qiymət veriləcək. Müsabiqə boyunca seçilmiş məqalələr Kultura.az saytında yayımlanacaq və oxuculara təqdim ediləcək. Müsabiqə qaliblərinin mükafatlandırılmasının iyun ayının sonlarında keçirilməsi nəzərdə tutulur.Müsabiqədə iştirak etmək niyyətində olan hər kəsə uğurlar arzulayırıq!ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol