• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqiçi Abbas Nikrəvan həbsxanadadır

Musiqiçi Abbas Nikrəvan həbsxanadadır
10.05.2022 12:22
İran Azərbaycanının Salmas şəhərindən olan musiqiçi və mədəni fəal Abbas Nikrəvan həbsxanadadır. Bu barədə ölkənin HRA xəbər agentliyi məlumat yayıb.
 
Mədəni fəal Abbas Nikrəvana  İkinci Cinayət Məhkəməsi tərəfindən 91 günlük həbs cəzası verilib.

Nikrəvan Salmas "sosial media üzərindən İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunmuşdu.

Abbas Nikrəvan ötən ilin sentyabrın 5-də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və İranın Urmiyə şəhərindəki kəşfiyyat idarəsinin təcridxanasına köçürülmüşdü.

O, bir müddət kəşfiyyat idarəsində dindirilib və sonra isə Urmiyə Mərkəzi Həbsxanasına aparılıb. Həmin ilin sentyabrın 22-də 600 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılan Nikrəvan apardığı mədəni fəaliyyətlərindən dolayı dəfələrlə İran hökuməti tərəfindən həbs edilib.

Abbas Nikrəvan 2018-ci ilin iyul ayının 5-də Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərində yerləşən Bəz (Babək) qalasında keçirilən qurultay ilə bağlı həbs edilib və təxminən bir həftə sonra girov müqabilində sərbəst buraxılmışdı. Onun 2015-ci ildə Qoşaçay şəhərində təşkil etdiyi xeyriyyə məqsədli bir konserti də İran hökuməti tərəfindən ləğv edilib.
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol