• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan rejissoru Rusiya festivalında iştirakdan imtina etdi

Azərbaycan rejissoru Rusiya festivalında iştirakdan imtina etdi
22.05.2022 21:44
Məşhur Azərbaycan rejissoru Tahir Tahiroviç Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq  rejissoru olduğu filmin Rusiyada keçirilən "Zolotoy vityaz" festivalında nümayişindən imtina edib. Bu barədə rejissor özü məlumat verib. 

Festival təşkilatçılarına ünvanladığı müraciətdə Tahir Tahiroviç rejissoru olduğu "Qırmızı" filminin festivaldan çıxarılmasını xahiş edib.  

"Hörmətli həmkarlar! Sizə festivalda uğurlar arzulayıram. Təəssüflər olsun ki, mən sizin festivalda iştirak etmək istəmirəm. Ukraynada baş verən hadisələrə etiraz əlaməti olaraq sizdən xahiş edirəm ki, filmimi "Zolotoy Vityaz" festivalı proqramından çıxarasınız", - rejissorun festivala ünvanladığı  müraciətdə bildirilir. 

"Qırmızı” qısametrajlı bədii filmi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Valideynləri ayrıldığına görə evdə tək qalan məktəbli qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir.
 
 

Tahir Tahiroviç Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində təhsil alıb. O,   "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor, AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor, "Salnamə" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. 

Tahir Tahiroviç hazırda Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri olub. 

O, "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyyətinin və Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının üzvdür.
 
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol