• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhriyar İstanbulda anıldı

Şəhriyar İstanbulda anıldı
21.04.2014 11:18
“Kultur A.Ş.” Mərkəzində Azərbaycanın böyük şairinin vəfatının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilibİstanbuldakı “Kultur A.Ş.” Mərkəzində Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəyinin (İST-TAD), Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi mərasim filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın “Məhəmməd Hüseyn Şəhriyar” kitabının Türkiyə nəşrinin təqdimatı ilə başlayıb. Daha sonra iştirakçılar Məhəmməd Hüseyn Şəhriyar haqqında sənədli film izləyiblər.İST-TAD-ın rəhbəri Səfər Qaraqoyunlu, “Kultur A.Ş” Mərkəzinin baş direktoru Nevzat Kütük, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Emma Heydərova, professor Məhəmməd Nur Doğan, Esmira Fuad və başqaları ustad şair Şəhriyarın yaradıcılığı haqqında fikirlərini paylaşıb. Qeyd olunub ki, Şəhriyarın bədii yaradıcılığı Azərbaycana tükənməz sevgi, xalqına və Vətəninə ehtiram dolu misralarla zəngindir. Bildirilib ki, Şəhriyar müasir Azərbaycan ədəbiyyatında təkrarolunmaz simadır. O, özünəməxsus yaradıcılığı, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib.Çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib. İstanbulun məşhur “Qafqaz ulduzları” rəqs qrupunun ifaları, rəngarəng musiqilər maraqla qarşılanıb. “Kultur A.Ş” Mərkəzində Şəhriyarın həyat və yaradıcılığından ibarət rəsmlər də sərgilənib. Tədbirdə iştirakçılara müəllifin imzası ilə kitablar hədiyyə edilib. Anım mərasimində Azərbaycan diasporunun nümayəndələri, İstanbuldakı diplomatik korpusun təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, jurnalistlər iştirak edib. ANNET.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol