• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayev Azərbaycan qoruqlarının fəaliyyətindən danışdı

Əbülfəs Qarayev Azərbaycan qoruqlarının fəaliyyətindən danışdı
18.04.2014 13:41
Azərbaycan cəmiyyəti tarixi mədəni irsin qorunması mövzusuna maraqla və diqqətlə yanaşır. Bu işdə Heydər Әliyev Fondunun prezidenti Mehriban Әliyevanın çox böyük rolu var. 
Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS - İnternational Council on Monuments and Sites ) Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs toplantısında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarında, dünyada mədəni irsin qorunmasında Heydər Әliyev Fondu tərəfindən müvafiq işlər görülür: "Düşünürəm ki, bu, Azərbaycanın başlıca bir göstəricisidir ki, Azərbaycan nəinki öz mədəni irsi haqqında, tarixi haqqında düşünür, bütün dünyanın mədəni irsinə hörmətlə yanaşır".
Nazir qeyd edib ki, müxtəlif qurumlarla əlaqələrin qurulması Azərbaycan üçün böyük önəm kəsb edir. Buna misal kimi Azərbaycanın YUNESKO ilə çox yaxşı əlaqələrini göstərmək olar.
Ə.Qarayevin sözlərinə görə dünya mədəni irsi siyahısına salınmış Azərbaycanın mirvarisi İçərişəhər siyahıdan çıxarılmaq təhlükəsi ilə üzləşmişdi: "Yalnız dövlətin atdığı addımlar nəticəsində bu qoruq artıq bu siyahıda layiqli yerini tutur. Digər qoruğumuz Qobustan Avropanın ən uğurlu beş irsi layihsindən biri kimi qəbul olunub və Qobustan Azqrbaycanın gözəl milli irs nümunəsidir. Azərbaycanın daxilində mütəmadi olaraq qoruqların fəaliyyətinin təkmilləşdirilməsinə, saxlanılmasına, onların təqdimat formasına xüsusi əhəmiyyət verilir".
Ә.Qarayev qeyd edib ki Azərbaycan Prezidentinin xüsusi sərəncamına əsasən, Azərbaycanın tarixi-mədəni obyektlərinin, qoruqların fəaliyyətinə dair dövlət proqramı təsdiq olunub. Bu dövlət proqramı çox böyük işlər vəd edir.
ICOMOS-un prezidenti Qustava Araoz qeyd edib: "Biz Azərbaycanla işləməyə, tarixi abidələrin qorunmasında əməkdaşlıq etməyə hazırıq. Biz ölkənizlə təcrübəmizi paylaşmağa hazırıq".
ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol