• $
  • €
  • ₽
  • ₺
  • £

Markesin vida məktubu yayıldı: "Artıq ölə bilərəmmi?"

Markesin vida məktubu yayıldı: "Artıq ölə bilərəmmi?"
18.04.2014 10:51

“Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. İnsan eşqdən imtina etsə yaşlanar”.

Axar.az xəbər verir ki, bu sözlər dünya ədəbiyyatının patriarxı Qabriel Qarsia Markesin gözünü əbədi yumandan sonra yayılan vida məktubunda yer alıb.Böyük yazıçının vida məktubunu təqdim edirik:“Tanrı bir anlıq çınqıldan da balaca olduğumu unudub can verərək məni mükafatlandırsa, ağlıma gələn hər şeyi dilə gətirməyə bilərdim, amma heç olmasa, dilimə gətirdiklərimi detallarıyla keçirər və düşünərdim:-  Əşyaların maddi tərəflərinə deyil, mənalarına, mənəvi dəyərinə dəyər verərdim.- Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim. İnsan eşqdən imtina etsə yaşlanar.- Başqaları dayandığı zaman mən getməyə davam edərdim.- Başqaları yatarkən oyaq qalmağa cəhd göstərərdim.- Başqaları danışarkən dinləyər, şokoladlı dondurmanın dadından zövq almağımda olardım.- Əgər Tanrı mənə bir az da ömür versə, sadə geyinər, üzümü günəşə çevirər, yalnız bədənimi deyil, ruhumu da bütün çılpaqlığı ilə açardım.- Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buzun üzərinə həkk edər və günəşin göstərməsini gözləyərdim.- Səmadakı aya ulduzlar boyunca Van Qoq rəsmləri çəkər, Benedetti şeirləri səsləndirər və serenadalar oxuyardım.- Gözyaşlarımla gülləri sulayar, bədənimə batan tikanlarının ağrısını hiss edərək dodaq qırmızısı tac yarpaqlarından öpmək istəyərdim.... Tanrım bir qurtumluq həyatım olsaydı...O gün olmasın ki, qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləməyim. Bütün qadın və kişiləri ən sevdiyim insanlar olduqlarına inandırardım. Və EŞQ içində yaşayardım. Kişilərə, yaşa dolduqları vaxt eşqdən uzaqlaşmaqlarının nə qədər səhv hərəkət olduğunu izah edərdim. Çünki insan eşqdən uzaqlaşdıqca yaşlanır. Uşaqlara qanad verərdim. Amma uçmağı özlərinin öyrənməyinə imkan yaradardım.- Yaşlılara isə ölümün yaşlanma ilə deyil, unudulma ilə gəldiyini öyrədərdim.EY İNSANLAR! Sizlərdən nə qədər də çox şey öyrənmişəm. Bütün insanların - xoşbəxtliyin həqiqəti görməkdən keçdiyini bilmədən - dağların zirvəsində yaşamaq istədiyini öyrəndim.Yeni doğulan balaca bir körpənin atasının barmağını sıxarkən əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim.Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə yaramayacaq. Çünki hamısını bir çantada kilidlədim. Bədbəxt bir şəkildə... Artıq ölə bilərəmmi?

ANNET.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol