• $
  • €
  • ₽
  • ₺
  • £

"Qanun" nəşriyyatından 3 yeni kitab

"Qanun" nəşriyyatından 3 yeni kitab
17.04.2014 16:09
"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi:Arthur Canon Doyle‎. Qorxu vadisi,Agatha Christie. Şərq ekspressində qətl,Heinrich Böll. O illərin çörəyi.QORXU VADİSİRomanın birinci hissəsində Şerlok Holms professor Moriartinin əlaltısı Porlokdan şifrəli məktub alır. Məktubda mister Duqlas adlı birisinə sui-qəsd hazırlanması barədə xəbər verilir. Bir qədər sonra Şerlok Holmsın Beykep-stritdəki evinə Skotlənd-Yardın inspektoru Makdonald gəlib xəbər verir ki, mister Duqlas öz malikanəsində qətlə yetirilib. Şerlok Holms tədqiqata başlayır. Lakin məlum olur ki, qətlə yetirilən mister Duqlas deyil, onu qətlə yetirmək istəyəndir.ŞƏRQ EKSPRESİ”NDƏ QƏTLDetektiv Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır. Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir. O İLLƏRİN ÇÖRƏYİBütün Avropanı sarsıtmış, ən çox da Almaniya və Rusiyanı viran qoymuş II Dünya müharibəsindən sonrakı cəmiyyətin fonunda, əsərin qəhrəmanı Valter Fendrixə uşaqlığı, gəncliyi, qocalığı, yaxud dünəni, bu günü, sabahı – ümumiyyətlə, bütün həyatı və mənəvi dünyası məhv olmuş minlərlə, milyonlarla insanın ümumiləşdirilmiş surəti kimi baxmaq daha düzgün olar.O, müharibədən fiziki mənada salamat qurtulmuş, lakin mənəvi dünyası müharibənin fəlakətləri ilə damğalanmış və bu damğanı bütün həyatı boyu daşımağa məruz qalmış, buna məhkum edilmiş bir fədaidir. Azadliq.org
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol