• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixi abidələrin qorunmasında problem nədədir? - Azərbaycanda

Tarixi abidələrin qorunmasında problem nədədir? - Azərbaycanda
17.04.2014 14:27
Azərbaycanda tarixi abidələrin qorunması üçün mövcud olan problemlər açıqlanıb.APA-nın xəbərinə görə, Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, bu gün abidələrlə əlaqədar çox mühüm problem maarifləndirmə ilə bağlıdır.Onun sözlərinə görə, maarifləndirməyə böyük diqqət yetirməlidir ki, hər bir Azərbaycan vətəndaşı abidələrin yerləşdiyi kəndlərdə, şəhərlərdə, rayonlarda onların qiymətini bilsin və qayğı göstərsin. G.Məmmədova qeyd edib ki, Azərbaycan iş adamlarının öz imkanları, vəsaitləri ilə abidələrin bərpasına qoşulması üçün maarifləndirmə işlər aparılmalıdır: “Onlar tarixi abidələrin bərpasına kömək etməklə tarixdə olan görkəmli messenatların işlərini təkrar etməyə çalışsınlar. Bundan əlavə, abidələrimizin tədqiqi, bərpası, qorunması daha yaxşı koordinasiya olunmalıdır. Tədqiqi ilə Azərbaycan Milli Elmlər Akademiyası, Memarlıq və İnşaat Universiteti, bərpası və qorunması ilə Mədəniyyət və Turizm Nazirliyinin qurumları məşğul olur.  Bu işlər daha yaxşı koordinasiya olunmalıdır. Alimlər, tədqiqatçılar, eyni zamanda praktik restavratorlar, sonra bu abidələri qoruyan qurumlar bir-birinin işi ilə daha yaxından tanış olmalıdırlar. Bu da işlərin daha uğurla irəli aparılmasına imkan verəcək”.G.Məmmədova qeyd edib ki, işğal altında olan abidələr barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün daha çox qüvvə sərf edilməlidir. Azərbaycanın rəsmi nümayəndə heyətlərinin hər bir yerdə, imkan olduqca bu barədə deyib-danışdıqlarını bildirən millət vəkili vurğulayıb ki, bütün ictimaiyyət bu işə qoşulmalıdır: “Bizim internetdə çox zamanını keçirən gənclər bu işlə məşğul olmalıdırlar. Biz yorulmadan Azərbaycanın haqq səsini qaldırmalı, abidələr barədə narahatlığımızı bildirməli və dünyaya bu səsimizi yaymalıyıq”.Rektor əlavə edib ki, bu gün ölkənin sürətli inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərlərin genişləndirilməsi, yenidən tikilməsi, müasirləşməsi bütün dünyada olduğu kimi Azərbaycanda da tarixi irsə təhlükə yaradır. Onun sözlərinə görə, hamı bu təhlükənin reallaşmamasına çalışmalıdır.ANNET.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol