• $
  • €
  • ₽
  • ₺
  • £

"Dünya Ədəbiyyatı" seriyasından daha 5 kitab

"Dünya Ədəbiyyatı" seriyasından daha 5 kitab
15.04.2014 16:19

"Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından daha 5 kitab çap edildi:1. Rus nəsri antologiyası2. Naguib Mahfouz, Seçilmiş əsərləri3. John Steinbeck, Seçilmiş əsərləri4. Jean-Paul Sartre, Seçilmiş əsərləri5. Fransız ədəbiyyatı antologiyasıBeləliklə 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 94 kitab artıq nəşr olunub. (Abunə yazılmaq istəyənlər üçün link)__________________Rus nəsri antologiyası“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunmuş “Rus nəsri antologiyası”nda rus ədəbiyyatının tanınmış simalarının - N.Karamzin-in, N.Gogol-un, İ.Turgenev-in, F.Dostoyevsky-nin, L.Tolstoyun bir çox aktual məsələləri özündə əks etdirən əsərlərində mühitin insanlarının həyat təcrübəsi, etnik düşüncə tərzi yer alır.Eyni zamanda kəndli mənəviyyatında baş verən kataklizmləri təsvir edən V.Rasputin, V.Bulov, Y.Nosov və digər “kənd nəsri” nümayəndələrinin əsərləri antologiyaya daxil edilib. .Naguib Mahfouz. “Seçilmiş əsərləri”“Seçilmiş əsərlər”ə “Məhəlləmizin hekayətləri”, “Fivin mübarizəsi”, “Liderin qətl günü” və “Möhtərəm cənab” romanları daxil edilib.Mahfuzun dərin depressiyaya uğramış qəhrəmanları həyatın mənasının axtarışlarında, ekzistensializm fəlsəfəsinə uyğun olaraq, əvvəlcə öz tənhalıqlarını anlayır, sonra isə həqiqəti həyatla ölüm arasındakı keçid anında dərk etməyə başlayırlar.“Məhəlləmizin hekayətləri” impressionist tərzdə yazılmışdır. Əsərin ideyasını qəhrəmanın böyüməsi və dəyişən zəmanəyə münasibəti, bu zəmanədə ənənəvi Qahirə məhəlləsinin uğradığı dəyişikliklər təşkil edir.Jean-Paul Sartre, "Seçilmiş əsərləri”Bu kitabda Nobel mükafatlı fransız yazıçının “Sözlər” və “Sahibin uşaqlığı” povestləri, hekayə və pyesləri Azərbaycan oxucusunun ixtiyarına verilir.John Steinbeck, Seçilmiş əsərləri”Bu kitabda Nobel mükafatlı Amerika yazıçısının “Qəzəb salxımları” və “Həyəcanlarımızın qışı” romanları yer alır.Fransız ədəbiyyatı antologiyasıKitaba XVII-XIX əsrlər fransız ədəbiyyatının görkəmli nümayəndələrindən Jan Batist Molyer, Şarl Perro, Fransua Mari Volter, Pyer Ogüsten Karon de Bomarşe, Anri de Sen-Simon, Klod Jozef Ruje de Lil, Pyer Jan de Beranje, Anri Mari Stendal, Aleksandr Düma, Viktor Hüqo, Jerar de Nerval, Alfons Dode, Pol Verlen, Gi de Mopassan, Artur Rembo, Jül Renar, Giyom Apolliner, Andre Morua, Pol Elüar, Marsel Eme, Jan Pol Sartr, Ümmül Banu, Anri Truaya, Mari Luiza Ver, Alber Kamü, Pyer Qamarranın əsərləri daxil edilib.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol