• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Seyid Şuşinskinin ad günüdür

Xalq artisti Seyid Şuşinskinin ad günüdür
12.04.2014 10:41
Müğənni ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyibŞuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi, Cabbar Qaryağdıoğlu nun “Şərq musiqisinin incisi” adlandırdığı Seyid Şuşinski 1889-cu ilin bu günü Füzuli rayonunun Horadiz kəndində anadan olub. Uşaqkən valideynlərini itirən Seyid xanəndə olan xalası Məşədi Hürzadın himayəsində böyüyür. Seyidin peşəkar xanəndə kimi yetişməsində Şuşa mühitinin həlledici rolu olub.Xanəndəlik sənətinin sirrlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada M. M. Nəvvabın musiqi məktəbində təhsil alıb. 1913 və 1914-cü illərdə “Ekstrafon” aksioner cəmiyyəti tərəfindən Kiyevdə onun ifasında bir sıra muğamlar vala yazılıb. S.Şuşinski 1919-cu ildən Bakıda yaşayıb, fəhlə klublarında konsertlər verib, teatr tamaşalarında, konsertlərdə çıxış edib.Seyid Şuşinski ictimai-siyasi mövzuda olan “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s. şeir və qəzəlləri ilə xalqı mübarizəyə çağıran ilk xanəndə olub.Daha sonra Tiflisdə fəaliyyət göstərmiş Seyid Şuşinski xanəndəlik sənətini daha da təkmilləşdirib, bədii zövqü və səhnə ustalığı formalaşmışdı. Onun oxuduğu “Çahargah”, “Hümayun”, “Rast”, “Mahur”, 'abul”, “Şahnaz”, “Mirzə Hüseyn seygahı”, muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bəzərsiz sənət əsərləri kimi özünəməxsus yer alıb1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinifində müəllimlik etməyə başlayır. 1939-1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti olub, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyib.O, bir çox muğamlara yeni guşələr əlavə edir, bir çox muğamları birləşdirib oxuyur. Bunlardan “Rast-Hümayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz” dəstgahları diqqətə layiqdir. Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında da məsləhətçi kimi böyük köməyi olub.O 1956-cı ildə Xalq artisti,1961-ci ildə isə əməkdar müəllim adlarına layiq görülüb. Lakin bu qədər hörmətə, şan-şöhrətə malik, sənətin zirvəsinə qalxan Seyid Şuşinskinin son günlərində qayğısına qalan yalnız tələbələri idi. Müğənnilərdən H. Rzayeva, Y. Kələntərli, Ə. Əliyev, R. Muradov, Z. Xanlarova, İ. Rzayev və b. onun yetişdirmələridir. S.Şuşinski 1 oktyabr 1965-ci ildə 76 yaşında dünyasını dəyişib. Xalqın iradəsi ilə onu Fəxri Xiyabanda dəfn ediblər. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol