• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə kino təhsili almaq istəyənlərin nəzərinə

Xaricdə kino təhsili almaq istəyənlərin nəzərinə
11.04.2014 19:09
 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası xaricdə kino təhsili almaq istəyən gənclərə müraciət edib.“Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, özündə bacarıq və istedad hiss edən, yaradıcılıq həvəsi olan gənclər dövlətin yaratdığı imkandan istifadə etməklə xaricdə kino ixtisası üzrə yüksək təhsilə yiyələnə bilərlər: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu işə maraq göstərənlər üçün geniş imkanlar açır. Proqrama əsasən xaricdə təhsil haqqı, yataqxana və ya ev kirayəsi, digər yaşayış xərcləri, viza, qəbul edən ölkədə qeydiyyat, zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, Azərbaycandan təhsil aldığı ölkəyə və geriyə gediş-gəliş xərcləri dövlət tərəfindən ödənilir. Mədəniyyət və Turizm Nazirliyi gənclərimizin xaricdə təhsil almasını daim diqqət mərkəzində saxlayır. Təhsil Nazirliyinin rəhbərliyi öz müraciətlərində gənclərimizi bu Proqramdan yararlanmağa çağırır”. M.Hətəmov qeyd edib ki, xaricdə təhsil almaqla bağlı bütün məlumatları  “xaricdetehsil.edu.gov.az” saytından əldə etmək mümkündür: “Aparıcı beynəlxalq kino məktəblərində təhsil almış, dünyanın nüfuzlu kinematoqrafçılarından sənətin sirlərini mənimsəmiş, rejissor və operator sənəti, kino rəssamlığı, səsyazma, animasiya və qrafika - bütün bu ixtisaslar üzrə təhsil almış gənclərə ehtiyacımız böyükdür. Bu məqsədlə “Azərbaycanfilm” kinostudiyası olaraq xaricdə təhsil alacaq gənclərimizə əlimizdən gələn köməkliyi əsirgəməyəcəyik”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol