• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanı “Eurovizion 2014“-ün qalibi etmək istəyirlər

Ermənistanı “Eurovizion 2014“-ün qalibi etmək istəyirlər
11.04.2014 12:32
Bu il "Eurovizion 2014" mahnı müsabiqəsində Ermənistanı qalib etmək istəyirlər.Artıq eurovision.tv bu istiqamətdə təbliğata başlayıb. Mart ayından etibarən, Avropa Yayımları Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə informasiya yaymaqda davam edir.Eurozion.tv saytı, həm də EBU əvvəlki illərdə heç bir ölkə üçün belə təbliğat imkanı yaratmayıb. Sayt bildirir ki, artıq erməni mahnısının 1.5 milyon izləyicisi var. Sayt iddia edir ki, bu günə qədər heç bir ölkənin mahnısına çəkilən klip Youtube-də 1,5 milyondan çox izlənməyib. Hətta videoklipin çəkilişlərinə geniş yer ayrılıb. Mütəxəssislər mahnının orijinal və uğurlu olmadığını bildirir. Bu yarışmanın artıq siyasiləşdiyini söyləyən ekspertlər iddia edir ki, burda erməni lobbisinin fırıldağı var. "Eurovision 2014" mahnı müsabiqəsində Ermənistanın Aram Mp3 adlı təmsilçisi "Focus group"un mahnısını ifa edəcək.Qeyd edək ki, gələn il “Eurovizion”-un 60 illiyi, saxta “erməni soyqırımı”nın 100 illiyidir. Bütün bu hazırlıqlar da ona görə aparılır ki, ermənilər soyqırımın 100 illiyini 40 ölkənin nümayəndəsi ilə qeyd edə bilsin.Məlumat üçün deyək ki, Türkiyə bu il də musiqi yarışmasında iştirak etməyəcək - İbrahim Şahin (TRT rəhbəri) “Eurovizion”u “xristian klubu” adlandırıb. Aktual.az-a danışan ekspertlər bildirir ki, həqiqətdə də Bosniya, Makedoniya və... Azərbaycanın iştirak etməyəcəyi halda, “Eurovizion” “xristian klubu” adını rəsmiləşdirəcək. Halbuki Azərbaycan bu yarışmada ardıcıl olaraq dörd illik çıxışında hər iştirakında bir pillə irəliləməklə həm yarışmada birinci yeri, həm də musiqisi ilə dünyanı fəth edib.Ümid etmək istərdik ki, “Eruovizion” rəhbərliyi “erməni barmağı”na dolaq olmağını özünə rəva görməz. Ən azından birinci olmaq istəyən ölkələrin, məsələn elə Azərbaycanın birincilik nümunəsi var. Azərbaycan mətbuatında “Eurovizion”un hər ilki qaliblərinin siyahısı verilmişdi ötən illərdə və o “qaliblər siyahısı”nda güman və fərziyyələrin içində bir məntiq də vardı: “Eurovizion” müəyyən illərdə müəyyən ölkələrin siyasi istək və iddialarına qarşılıq olaraq saxtalığa gedib. Xatırladaq ki, bu il keçiriləcək 59-cu “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyini Danimarka (Kopenhagen) edəcək. Müsabiqə bu il "Join us" (Bizə qoşul) mövzusunda olacaq. Ermənistan təmsilçisi 1-ci yarımfinalda İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Azərbaycan və Estoniya kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacaq.//Aktual.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol