• $
  • €
  • ₽
  • ₺
  • £

M.F.Axundov haqqında yeni kitab nəşr edilib

M.F.Axundov haqqında yeni kitab nəşr edilib
01.11.2022 09:50
Tarix elmləri doktoru Aydın Balayevin "Fərqli və  ziddiyyətli M.F.Axundov -  əqidəli rusofil, İran aşiqi və azərbaycanlı kimliyinin təkanvericisi"  kitabı nəşr edilib.
 
JekoPrint Çap Evi  tərəfindən çap edilən kitab Axundovun bu gün "azərbaycanlılar” və ya "Azərbaycan türkləri” adlandırdığımız toplumun milli kimliyinin formalaşması prosesindəki rolunun araşdırılmasına həsr edilib.
 
Bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə və  Azərbaycanlıların  milli kimliyinə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən sonuncudur.  

Müəllifə görə, özünü iranlı hesab edən və İrana aid hər şeyə xüsusi sevgi və həssaslıqla yanaşan Axundov, nə qədər qəribə olsa da, fəaliyyəti ilə Şimali Azərbaycan əhalisinin yüzilliklərlə davam edən İran təsirindən qurtulması proseslərinə təkan verib.

Kitabda həmçinin M.F.Axundovun fəaliyyəti fərqli yönlərdən araşdırılır.
 
Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 
Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O doxsanadək elmi əsərin müəllifidir.  Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol