• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur yunan rejissoru Azərbaycanda tamaşa hazırlayacaq

Məşhur yunan rejissoru Azərbaycanda tamaşa hazırlayacaq
09.04.2014 16:39

Bu günlərdə məşhur yunan rejissoru Teodoros Terzopulos Akademik Milli Dram Teatrının direktoru İsrafilov İsrafilovun dəvəti ilə Bakıda olub.

Teatrdan ANS PRESS-ə verilən məlumata görə, avropanın aparıcı rejissorlarından sayılan Teodoros Terzopulosla teatr arasında əldə olunan razılığa əsasən cari ilin sonlarında rejissor Akademik Milli Dram Teatrının səhnəsində Sofoklun “Antiqona” faciəsini tamaşaya hazırlayacaq. T.Terzopulosun bu səfərində ilin sonlarında hazırlanması nəzərdə tutulan “Antiqona” tamaşasının detalları müzakirə olunub. Rejissor iki günlük gərgin qrafikli səfəri zamanı Akademik Milli Dram Teatrında gənc rejissor, aktyor və teatrşünaslarla da görüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb. Görüşdə qeyd olunub ki, tezliklə T.Terzopulosun Bakıya daha bir səfəri gözlənilir. Növbəti səfərdə rejissor “Antiqona” tamaşası üçün kastinq həyata keçirmək, eləcə də seminarlar və ustad dərsləri təşkil etmək fikrindədir. Qeyd edək ki, T.Terzopulos Yunanıstanın şimalında, Evripidin doğulduğu Makriqialos kəndində anadan olub. Teatr təhsilini Yunanıstanda və Almaniyada alıb. Berliner Ansamblda Rut Berqhauz, Benno Benson, Hayner Müllerin rəhbərliyi altında çalışıb. 1981-1983-cü illərdə Şimali Yunanıstan Dövlət Teatrının Dram məktəbinin rəhbəri olub. 1993-cü ildən Teatr Olimpiadası Beynəlxalq Komitəsinin prezidentidir. 1985-ci ildə Afinada Attis Teatrını yaradıb və Delf festivalını təşkil edib.1990-cu ildə Aralıq dənizi ölkələri teatrları beynəlxalq institutunu yaradıb və bu instututa rəhbərlik edib. Rejissorun bir çox tamaşası nüfuzlu mükafatlara layiq görülüb. “Vakxanqlar” Madriddə və Malaqada keçirilən festivalda, “Farslar” Karakasda, Monpelyedə Barselonada və Lissabonda ən yaxşı tamaşa mükafatına layiq görülüb. Rusiyada Alla Demidova ilə hazırladığı “Medeya”, “Kvartet”, “Hamlet – dərs” tamaşaları ilə məşhurdur. Yaradıcılığında daha çox klassik mətnlərlə - xüsusən də antik yunan dramaturgiyasının nümunələri ilə işləməyə üstünlük verir. Sofokl, Evripid, Esxil, Antik yunan dramaturqları ilə yanaşı, B.Brext, S.Bekket, H.Müller, R.Fassbinder, F.Q.Lorka, B.Pasternak, A.Stridberq, E.Arendt, kimi müəlliflərin də əsərlərinə quruluş verib. Sonuncu işi Rusiyanın Aleksandrinski teatrında S.Bekketin pyesi əsasında hazırladığı “Oyunun sonu” tamaşasıdır. Hazırda T.Terzopulos Avropa teatrında antik faciə üzrə ən yaxşı mütəxəssis hesab olunur. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol