• $
  • €
  • ₽
  • ₺
  • £

İlqar Cahangirlə bağlı prezidentə müraciət edildi

İlqar Cahangirlə bağlı prezidentə müraciət edildi
09.04.2014 15:54
Oda Teatrı aktyoru, əməkdar artist İlqar Cahangirin Nəqliyyat Departamentinin işçiləri tərəfindən hücuma məruz qalması ilə əlaqədar aidiyyəti qurumlara, ölkə prezidenti İlham Əliyevə müraciət edib.Teatrdan Aznews.az-a verilən xəbərə görə, İlqar Cahangir bu gün səhər saatlarında Beynəlxalq Avtovağzalda Nəqliyyat Departamenti işçilərinin bir sürücüyə qarşı zorakılıq tətbiq etdiklərini şəxsi telefonunun yaddaşına çəkərkən həmin dövlət qurumu işçiləri tərəfindən hücuma məruz qalıb. Departament işçiləri tərəfindən təhqir olunan aktyorun telefonu əlindən alınıb, daha sonra telefonu geri qaytarılsa da yaddaş kartı götürülüb. Aktyorun kobud rəftar, hədə və təhqirlərə məruz qalması ilə əlaqədar teatr aidiyyəti qurumlara rəsmi müraciət edib, məktublar göndərib:“Tanınmış aktyorun, eyni zamanda bir vətəndaşın dövlət qurumu işçiləri tərəfindən insaniyyətdən uzaq rəftarlara məruz qalması yolverilməzdir. Oda Teatrı olaraq teatrımızın əsas aktyorlarından olan İlqar Cahangirə qarşı bu rəftarı pisləyir və bu məsələ ilə bağlı ölçü götürülməsini, qanunsuzluğa yol verən şəxslərin cəzalandırılmasını tələb edirik. Vətəndaşa, xüsusən də mədəniyyət işçisinə qarşı bu cür rəftarlar adıçəkilən qurumun əməkdaşlarının özbaşınalığından xəbər verir. Məsələ ilə bağlı bütün hüquqi addımlar atılacaq”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol