• $
  • €
  • ₽
  • ₺
  • £

Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib

Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib
09.04.2014 01:20
Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Cahangir Zeynalov, Fərhad Bədəlbəyli və başqaları iştirak ediblər. Ədalət Vəliyev bildirib ki, L. Abdullayevin 100 illik yubiley mərasiminin keçirilməsi ölkə başçısının müvafiq Sərəncamına əsasən keçirilən silsilə tədbirlərin tərkib hissəsidir: "Mədəniyyət və turizm nazirinin göstərişi ilə bu ilin sentyabrında Şəkidə Lütfəli Abdullayevə həsr olunan gülüş günü keçiriləcək. Lütfəli Abdullayev qısa ömrünün bütün mərhələlərində həm kino, həm də teatr aktyoru kimi Azərbaycan mədəniyyətinə öz töhfəsini verdi. O, ömrü boyu öz sənətinə bağlı oldu, teatrı sevən sənətkar kimi xalq tərəfindən sevildi".Xalq artisti Fərhad Bədəlbəyli L. Abdullayevlə bağlı xatirələrini danışıb, aktyorun teatr və kino sahəsindəki xidmətlərindən danışıb: "Mən ona Lütfəli əmi deyirdim. Bizim ailənin yaxın dostu, əzizi idi. İnsanlar Lütfəli əmini ona görə sevirlər ki, o da insanları sevirdi".Xalq artistləri Cahagir Zeynalov, Arif Quliyev, Aleksandr Şarovski və başqaları aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən bəhs ediblər.Yubiley tədbirində Rus Dram Teatrının, Dövlət Kukla Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivləri L. Abdullayevin səhnə fəaliyyəti ilə bağlı müxtəlif səhnələrlə çıxış ediblər. Tədbirdə L. Abdullayevin səhnə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol