• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda möhtəşəm yenilik

Paytaxtda möhtəşəm yenilik
07.04.2014 09:59

Bakıda keçirilən turizm sərgisi çərçivəsində fəaliyyətə başlayan “Baku sightseeing tour”u istər paytaxt sakinləri, istərsə də ölkəmizə gələn turistlər maraqla qarşılayıblar.

“Azneft” meydanından başlayaraq Heydər Əliyev Mərkəzinə kimi olan marşrut vasitəsi ilə turistlər tarixi abidələrimizlə tanış olmaqla yanaşı, üstüaçıq avtobuslarda şəhərin mənzərəsini seyr etmək imkanı əldə edirlər.“Azneft” meydanında gəzinti iştirakçılarını məlumatlandıran Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Faiq Qafarov “Yeni Müsavat”a bildirdi ki, turun təqdimatı Bakıda keçirilən beynəlxalq turizm sərgisində olub: “Bir-iki gündür sınaq müddətində çalışırıq. Elə bu səbəbdən də turun qiymətlərini yarıya endirmişik. Cəmi 5 manat verməklə bilet əldə edən turistlər ”Azneft" meydanından başlayıb, Heydər Əliyev Mərkəzində bitən turumuza qatılırlar. Bu zaman onlar üstüaçıq, ikimərtəbəli avtobus vasitəsilə şəhərimizin gözəl mənzərəsi ilə tanış olmaqla yanaşı, bu marşrut üzərində yerləşən tarixi abidələrimizlə tanış olmaq imkanı əldə edirlər. Avtobusla gəzintinin müddəti saat yarımdır. Təbii, bu müddət yoldakı nəqliyyatın vəziyyətindən asılıdır".Nazirliyin əməkdaşı bildirdi ki, Bakının mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan “City Sightseeing Worldwide” Şirkəti ilə bağlanmış razılaşmaya əsasən, Bakı şəhərində şirkətin nümayəndəliyi yaradılıb: “Keçirilən "AİTF 2014" XIII-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ilk günü Bakı Expo Mərkəzində layihənin əsas təqdimat mərasimi keçirildi. “City Sightseeing Worldwide” Şirkəti ikimərtəbəli üstüaçıq avtobuslarda ekskursiyalar təşkil edən dünyanın aparıcı operatorlarından biridir. Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılıb. Fəaliyyətini cəmi 4 turla başlayan “City Sightseeing” Şirkəti hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhərin tarixini və mədəniyyətini əyani şəkildə göstərmək üçün audioqid vasitəsi ilə ekskursiyalar təşkil edir".Yeni şəhər turu ilə tanış olarkən öyrəndik ki, 2013-cü ildə bu şirkət 1000-dən çox avtobusda 10 milyondan artıq insana ekskursiya xidməti göstərib. Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində “hop on - hop off” sistemi ilə istifadə etmək olar. Yəni hər bir şəxs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər.Paytaxtda təşkil olunan bu şəhər turları Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Dövlət Yol Polisinin təsdiq etdiyi marşrut üzrə qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir. Marşrutun uzunluğu təxminən 15 km və 1 saat 30 dəqiqə təşkil edir.

Yay mövsümündə avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaq. MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndirilir. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar paylanılır.//"Yeni Müsavat"

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol