• $
  • €
  • ₽
  • ₺
  • £

Mustafa Sandal:"Azərbaycan dilində mahnı öyrənəcəm"

Mustafa Sandal:"Azərbaycan dilində mahnı öyrənəcəm"
05.04.2014 12:58
Türkiyəli məşhur müğənni Mustafa Sandal Bakıya gəlib. 
ANS PRESS-in məlumatına görə, ifaçı bu gün saat 19:00-da Heydər Əliyev sarayında "Təsir altında" adlı konsert proqramı ilə çıxış edəcək. Məhz bu səbəblə Mustafa ötən gün yerli media nümayəndələrini ətrafına toplayıb konsert ilə bağlı mətbuat konfransı keçirib. Bir çox ölkələrə həyat yoldaşı Əminə Sandal ilə gedən ifaçı bu dəfə tək gəldiyini deyib: "Bu aralar Əminənin işləri çoxdur, televiziya layihəsində iştirak edir. Bundan əlavə olaraq konsert proqramına hazırlaşır. Bu səbəbdən həyat yoldaşım bu gün mənimlə gələ bilmədi. Əksər zamanlarda isə biz çalışırıq ki, mən uşaqlarımın yanında olmayanda heç olmasa Əminə onlarla birlikdə olsun".
Müxbirlərin suallarını sərbəst cavablandıran, ara-sıra zarafatlar edən ifaçı Bakıda verəcəyi konsertə ciddi hazırlaşdığını vurğulayıb: "Azərbaycana 17 nəfərlik musiqi heyətimlə gəlmişəm, yeni albomumdan olan sevilən mahnıları ifa edəcəm. Bundan əlavə olaraq yeni oranjeman olunan mahnılarımı da səsləndirəcəm. Sabaha qədər çatdırsam çalışacam Azərbaycan dilində bir mahnı öyrənim və tamaşaçılarım üçün ifa edim". 
İfaçının maraq yaradan cavablarından biri isə yerli müğənnilərdən heç kimi tanımadığını bildirməsi olub: "Yeni müğənnilərinizdən heç kimi tanımıram, Zeynəb Xanlarova, Rəşid Behbudov və onun "Sevgilim" mahnısını bilirərəm. Yeniləri tanımamağımın günahı məndə deyil. Ola bilsin ki, onlar yetərincə özlərini tanıda bilməyiblər".
Türkiyədən qonaq gələn digər müğənnilərdən fərqli olaraq Mustafa Sandan çox sayda mühafizəçiyə ehtiyacı olmadığını bildirib: "Allaha şükür mən özüm-özümü qoruya bilirəm, hər gün ciddi olaraq idmanla məşğul oluram, həyatdır başımıza hər şey gələ bilər. Məhz ona görə də mühafizəyə ehtiyac duymuram". 
Sənətçi rəngli geyimləri sevmədiyini əksər zamanlarda eyni rəngli libaslara üstünlük verdiyini bu gün konsert proqramında isə iki geyimdə tamaşaçıların qarşısına çıxacağını bildirib.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol