Maykl Bolton Bakıya gəlir

Məşhur amerikalı müğənni və bəstəkar Maykl Bolton aprelin 19-da Bakıda Heydər Əliyev Mərkəzində solo-konsert proqramı ilə çıxış edəcək.Rok-balladaları ilə şöhrət qazanmış Bolton ən sevilən və yeni mahnılarını səsləndirəcək. Əsl adı Mixail Bolotin olan rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb. Bolton Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Cey Zi və "Kiss" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb."Qremmi" mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Maykl Boltonun Luçano Pavarotti, Xose Karreras, Plasido Dominqo, Rene Fleminq və B.B.Kinq kimi ulduzlarla duetləri milyonların sevgisini qazanıb.Maykl Boltonun musiqilərini bir çox məşhur film və seriallarda eşitmək mümkündür. "Herkules" animasiya filmindəki "Go The Distance" kompozisiyası "Oskar" mükafatına nominant olub. Onun sonuncu işi "Karib dənizinin quldurları" filmində Conni Deppin qəhrəmanının balladası olub.//Anspress
























