• $
  • €
  • ₽
  • ₺
  • £

Barat Şəkinskayanın 100 illik yubileyi keçiriləcək

Barat Şəkinskayanın 100 illik yubileyi keçiriləcək
04.04.2014 03:29
Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.2014-cü ilin iyun ayında böyük səhnə ustası, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Barat Həbib qızı Şəkinskayanın anadan olmasının 100 illiyi tamam olur.Fitri istedada malik aktrisa Barat xanım Şəkinskaya Azərbaycanın zəngin mədəniyyət xəzinəsində layiqli yer tutan rəngarəng xarakterli obrazlar qalereyası yaradıb. Özünün bu gün də sevilən çoxsaylı qəhrəmanları ilə o, milli teatr tarixində azərbaycanlı qadın aktyor obrazını formalaşdırmış ilk sənətkarlardandır.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol