• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Hüseynov dəfn olunub - YENİLƏNİB

İsa Hüseynov dəfn olunub - YENİLƏNİB
02.04.2014 15:46
Azərbaycan Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib.APA-nın məlumatına görə, vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, yazıçı, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca və başqaları iştirak edib.Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev İsa Hüseynovun vəfatını Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük itki adlandırıb: "İsa Hüseynov Azərbaycanın böyük yazıçısıdır. O, Azərbaycan xalqını, onun məişətini, adət-ənənəsini çox dərindən bilirdi. Mən 14-15 yaşımda yazdığım hekayələri İsa müəllimə göstərirdim. O vaxt inanmazdım ki, vaxt gələcək, bu ustad yazıçının vida mərasiminin açılış nitqini mən edəcəyəm".Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, İ. Hüseynovun həyatı hər bir insan üçün örnək olacaq: "İsa Hüseynovun əsərlərini oxuduqca insan Azərbaycan dilinin gözəlliyinə heyrət edir. Ustad sənətkar ilk növbədə böyük nasir idi. O, həm də gözəl ssenarist idi və yazdığı ssenarilər Azərbaycan kinosunun inkişafına böyük təkan verib. 86 il mənalı ömür yaşayan İsa Hüseynovun həyatı bizim üçün örnəkdir".Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazıçı və insan kimi İ. Hüseynovu yüksək qiymətləndirib: "İtkimiz çox böyükdür. Xalqın, sənətin itkisidir. O, Azərbaycan ədəbiyyatında təkrarsız yazıçı idi. İsa Azərbaycan ədəbiyyatına yeni ruh gətirmişdi. Mənim taleyimdə də onun böyük rolu var. O, gözəl yazıçı olmaqdan başqa, saf və nəcib insan, gözütox yazıçı idi. Tez-tez zəngləşirdik. Novruz bayramında zəngləşdik, səsi gümrah gəlirdi. Düşünürdüm ki, o hələ çox yaşayacaq, yeni əsərləri ilə bizi sevindirəcək. İsanın yeri həmişə görünəcək".İ. Hüseynovun qızı Sevinc Hüseynova çıxış edərək ailəsi adından vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.İsa Hüseynov I Fəxri Xiyabanda dəfn edilib.  **** Azərbaycan Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilir. APA-nın məlumatına görə, vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca və başqaları iştirak edir.Qeyd edək ki, İ. Hüseynov aprelin 1-də ürək çatışmazlığından dünyasını dəyişib. O, I Fəxri Xiyabanda dəfn olunacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol