• $
  • €
  • ₽
  • ₺
  • £

Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib

Heykəltaraş Natiq Əliyev  beynəlxalq müsabiqənin laureatı seçilib
18.03.2023 21:25
Azərbayann xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev Ştiqlits adına Sankt Peterburq Dövlət Rəsm-Sənaye  Akademiyasının təsis etduyu "Dünya rəssamların gözü ilə" beynəlxalq  sərgi müsabiqəsində heykəltaraşlıq nominasiyası üzrə laureat seçilib.

Ştiqlits adına Sankt Peterburq Dövlət Rəsm-Sənaye  Akademiyasının təsis etdiyi "Dünya rəssamların gözü ilə" beynəlxalq  sərgi müsabiqə hər il keçirilir və incəsnət aləmində ən mötəbər müsabiqələrdən biri sayılır. Müsabiqədə peşəkar heykəltaraş və rəssamlarla bərabər tələbələr də iştirak edir. Qaliblər müsabiqənin təşkilat komitəsi və 15 nəfərdən ibarət münsiflər heyəti tərəfindən seçilir.

Bu il müsabiqə 21 fevral - 14 mart tarixləri arasında baş tutub. Müsabiqəyə Ştiqlits Akademiyasının  tələbə və müəllimləri, eləcə də 24 ölkədən rəssam və dizaynerlər qatılıb. Müsabiqə onlayn və oflayn formatlarda keçirilib, 749 iş təqdim olunub, onlardan münsiflər heyətinin üzvləri açıq səsvermə yolu ilə hər nominasiya üzrə 4 qalib seçiblər.

İştirakçılar arasında İtaliya, İspaniya, Çindən olan məşhur rəssam və heykəltaraşların da əsərləri olub.

Müsabiqənin bu il lauretaı olmuş mşhur heykəltaraş Natiq Əliyev  2008-ci ildən Rusiya rəssamlıq akademiyasının fəxri üzvü,2005-ci ildən isə Azərbaycan Respublikasının xalq rəssamıdır. 

O, 40-dan çox abidə və memorial lövlənin müəllifidir. 

N.Təbrizli




 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol