• $
  • €
  • ₽
  • ₺
  • £

Bu film azərbaycanlıların etirazına səbəb oldu - VİDEO

Bu film azərbaycanlıların etirazına səbəb oldu - VİDEO
25.03.2014 09:18
Rusiyanın dövlət kanalı “Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqətləri”) adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlar Moskvada yaşayan Azərbaycan disaporunun da ciddi etirazına səbəb olub.“Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli adı hallanan bədii filmin indi efirə getməsinin təsadüfi olmadığını düşünür: “Bu məsələnin kökünə baxanda görürük ki, indiki Rusiyanın ideologiyası köhnə sovet ideologiyasıdır və ondan da irəli gedib, daha bərbad bir şəkil alıb. Bu ideologiyanın işığında biz çox hadisələrin şahidi oluruq. Bədii cəhətdən aşağı səviyədə olan bir filmin sırf azərbaycanlılara garşı olduğu üçün efirdə yayımlanması və Jirinovskinin Dumadakı o biabırçı çıxışına eyni kontekstdə baxmaq lazımdır. Bütün bunlar onu göstərir ki, qəribə də olsa Rusiyada yönləndirilmiş bir ideologiya var. Rusiya bu gün yeni imperiya iddiasında olaraq imperiyanın bərpası yolunda siyasət yürüdür və bu siyasətin nəticəsində də son hadisələr baş verir”. Rusiyanın politoloqları da Krım hadisələrinın davam etdiyi bir vaxtda dövlət kanalında belə bir filmin yaımlanmasının MDB respublikalarına siyasi mesaj məqsədi daşıdığı fikrindədirlər. Filmin nümayiş olunduğu “Rossiya 1” kanalı isə film haqqında hər hansı mövqe bildirməkdən yayınıb.ANS TV-nin Moskva bürosunun əməkdaşı Aqşin Sabiroğlu dəfələrlə “Rossiya 1” kanalına zəng edib və film barədə danışmağı xahiş etsə də ona “yox” deyiblər. “Rus dövlət kanalından “Onların həqiqətləri” filmi haqqında müsahibə almaq cəhdlərim bütün günü bir nəticə vermədi. Kanalın mətbuat xidməti bu film haqqında hələlik susmağı üstün görür”,- deyə Aqşin Sabiroğlu bildirir. Azərbaycanın Rusiyadakı səfirliyindən isə film haqqında lazımı tədbirlərin görüldüyü bildirilib.Qeyd edək ki, film Sovet İttifaqının dağıldığı dövrləri əhatə edir. Film Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyi üzərində qurulub. Təxminən 3,5 saatlıq filmdə vəhşi və amansız kimi təqdim edilən azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Etirazlara da səbəb Azərbaycanın bu cür yanlış təqdim edilməsidir. //Aznews
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol