• $
  • €
  • ₽
  • ₺
  • £

Aktyorlar küçədə bilet satacaq

Aktyorlar küçədə bilet satacaq
20.03.2014 19:48

Elmin Bədəlov: “Hər kəsi müstəqil teatra dəstək verməyə çağırırıq”

“Oda” teatrının aktyorları küçədə bilet satacaq. Bu barədə teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, küçədə bilet satışını təşkil etməklə onlar hər kəsin diqqətini teatra yönəltmək istəyirlər: “Bizim burada iki məqsədimiz var. Həm bilet satışını təşkil etməklə ölkənin müstəqil teatrı olan “Oda”nı yaşatmaq, həm də teatrdan xəbərsiz insanların da diqqətini mədəniyyətə yönəltməkdir. Çünki son günlər “Oda” teatrının bilet satışı müəyyən qədər zəifləyib. Biz də çıxış yolu kimi bu üsulu seçirik. Hər kəsi də müstəqil teatra dəstək verməyə çağırırıq. Ümid edirik ki, incəsənət nümayəndələri, aktyorlar, rejissorlar da bu aksiyada bizə dəstək olacaq”.
Elmin Bədəlovun dediyinə görə, onlar 22 və 23 martda saat 19:00-da nümayiş etdirəcəkləri “Səncə, döyəcəklər?” tamaşası üçün bilet satacaqlar. Onlar qrimlənmiş formada, “Müstəqil teatrı yaşatmaq üçün bilet satırıq!” sözləri yazılmış kağızlarla paytaxt küçələrində bilet satacaqlar. Aktyorlar həm də bununla ölkə teatrlarında bilet satışının zəif olduğunu göstərmək və insanlara “teatrlara gedin” mesajını vermək istəyirlər.
Qeyd edək ki, “Oda” teatrı hazırda ölkənin yeganə müstəqil teatrıdır, qısa zamanda yaranmasına baxmayaraq insanların diqqətini cəlb edib. Teatrın nümayiş etdirəcəyi “Səncə, döyəcəklər?” tamaşası Rumın dramaturqu Matey Vişnekin əsəridir. Tamaşadakı rolları İlqar Cahangir, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Qurban Məmmədli və Anar Əliyev ifa edəcək.
Teatrın ünvanı: Topçubaşov 38
Əlaqə: 050 394 48 64
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol