• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz bayramı UNESCO-da qeyd edilib

Novruz bayramı UNESCO-da qeyd edilib
20.03.2014 11:47

“Novruz xalqlar arasında birlik, dostluq və həmrəylik bayramıdır”. Bu sözləri martın 19-da Novruz bayramı münasibətilə UNESCO-da keçirilmiş tədbirdə Əfqanıstanın qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Məhəmməd Kasem Fazelli təbrik çıxışında deyib.Qeyd edək ki, UNESCO-nun prosedur qaydalarına əsəsən, Novruz bayramının qeyd olunduğu ölkələrdən birinin səfirinə bayram münasibətilə çıxış etmək həvalə olunur. Builki bayram təbrikini Əfqanıstan səfiri edib.Novruz bayramının 2009-cu ilin sentyabrında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ilin fevralında isə BMT Baş Assambleyasının 64-cü sessiyasında hər il martın 21-nin dünyada “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi ilə bağlı qərarı xatırladan səfir baharın gəlişindən, təbiətin oyanışından xəbər verən bu bayramın dünyada yüz milyonlarla insan tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb. Əfqanıstanlı diplomat Novruz bayramının mədəniyyətlərarası dialoqun tərkib hissəsi kimi xalqların yaxınlaşmasında, adət-ənənələrlə tanışlıqda, dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.Səfir Novruzun əsasən, Əfqanıstanda, İranda, Azərbaycanda, Hindistanda, Türkiyədə, Qazaxıstanda, Pakistanda, Özbəkistanda və Türkmənistanda qeyd edildiyini, bu bayramın artıq el şənliyinə çevrildiyini deyib.Novruz bayramının qeyd edildiyi ölkələrin səfirlərinin, UNESCO-da akkreditə olunan diplomatik korpus əməkdaşlarının, Fransa ictimaiyyətinin nümayəndələrinin, müxtəlif ölkələrin diaspor təşkilatları təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycanın və Türkiyənin incəsənət ustalarının ifasında xalq mahnıları və musiqi səsləndirilib.Konsertdən sonra tədbir iştirakçıları Azərbaycan, Türkiyə, Hindistan, Əfqanıstan, Pakistan, İran və Qazaxıstan mətbəxinin nümunələri ilə tanış olublar.Qonaqlara Azərbaycan mətbəxindən bəhs edən broşürlər paylanıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol